Aynur Rzayeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aynur Rzayeva
Şəxsi məlumatlar
Tam adı Aynur Rzayeva
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 13 sentyabr 1989(1989-09-13) (34 yaş)
Doğum yeri
Boyu 178 sm. (5 ft 7 in)
İdman növü Boks

Aynur Rzayeva (13 sentyabr 1989, Bakı) — Azərbaycanı təmsil edən qadın boksçu.

Karyerası

Aynur Rzayeva 2014-cü ilin 31 may-8 iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Rzayeva 1/4 final mərhələsi çərçivəsində baş tutan görüşdə Macarıstan nümayəndəsi Petra Szatmari ilə üz-üzə gəldi və rəqibinə 0:3 hesabı ilə məğlub oldu.[1]

Daha sonra Aynur Rzayeva 2014-cü ilin 16–24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış elədi. Rzayeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Zemfira Məhəmmədəliyevaya məğlub oldu (TKO) və mübarizəsini dayandırdı.[2]

Aynur Rzayeva 2016-cı ilin 18–28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Rzayeva 1/8 final mərhələsində Hindistan təmsilçisi Sema Puniaya məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.[3]

Daha sonra Aynur Rzayeva 2016-cı ilin 15–24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Rzayeva 1/4 final mərhələsində Ukrayna nümayəndəsi İrina Vinniyə qalib gəlsə də (TKO), 1/2 final mərhələsində Rusiya təmsilçisi Zemfira Məhəmmədəliyevaya məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu.[4]

COVID-19 pandemiyasına görə əvvəl 2020-ci ilin martında Birləşmiş Krallıqda, sonra isə 2021-ci ilin iyununda Fransada baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə aparan Aynur Rzayeva, turnirin 1/8 final mərhələsindəcə Polşa nümayəndəsi Yelizabieta Voyçiya məğlub oldu (0:5) və mübarizəsini dayandırdı.[5][6]

Aynur Rzayeva 2022-ci ildə Monteneqronun Budva şəhərində baş tutan Avropa Çempionatında çıxış elədi. Rzayeva 1/2 final mərhələsində Moldova nümayəndəsi Darya Kozoreza qalib gəlsə də (4:1), final görüşündə Ukrayna təmsilçisi Mariya Lovçinshaya məğlub oldu (1:4) və Avropa Çempionatının gümüş medalına sahib oldu.[7]

Daha sona Aynur Rzayeva 2023-cü ilin 16-26 martında Hindistanın Yeni Dehli şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Rzayeva 1/4 final mərhələsində Yeni Zelandiya nümayəndəsi Seline Li-Loya qalib gəlsə də (5:0), 1/2 final mərhələsində Qazaxıstan təmsilçisi Ləzzət Kunqeybayevaya məğlub oldu (0:5) və Dünya Çempionatının bürünc medalına sahib oldu.[8]

Uğurları

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2014
Avropa Çempionatı Rumıniya Rumıniya
PAT
2
Dünya Çempionatı Cənubi Koreya Cənubi Koreya
PAT
3
2016
Dünya Çempionatı Qazaxıstan Qazaxıstan
PAT
4
Avropa Çempionatı Bolqarıstan Bolqarıstan
3.
5
2021
Avropa Olimpiya Təsnifat Turniri Fransa Fransa
PAT
6
2022
Avropa Çempionatı Monteneqro Monteneqro
2.
7
2023
Dünya Çempionatı Hindistan Hindistan
3.

İstinadlar

  1. Amateur-boxing.strefa.pl idman portalı. "2014 European Women Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  2. Amateur-boxing.strefa.pl idman portalı. "2014 World Women Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  3. Amateur-boxing.strefa.pl idman portalı. "2016 World Women Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  4. Amateur-boxing.strefa.pl idman portalı. "2016 European Women Championships — Results". www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  5. Amateur-boxing.strefa.pl idman portalı. "2020 European Olympic Qualifier Tournament — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  6. Amateur-boxing.strefa.pl idman portalı. "2020 European Olympic Qualifier Tournament — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  7. Amateur-boxing.strefa.pl idman portalı. "2022 European Women Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.
  8. Amateur-boxing.strefa.pl idman portalı. "2023 World Women Championships — Results" (PDF). www.amateur-boxing.strefa.pl (ing.)). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.08.2022.