Azərbaycan Dövlət Uşaq Filarmoniyası
Azərbaycan Dövlət Uşaq Filarmoniyası | |
---|---|
| |
Yerləşməsi | |
40°23′03″ şm. e. 49°49′33″ ş. u. | |
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı şəhəri, Yasamal rayonu |
Ünvan | Bəsti Bağırova 16, AZ1065 |
Metro | M 2 Nizami metrostansiyası |
Tarixi | |
Əsası qoyulub | 2 sentyabr 1991 |
Filarmoniya binası | |
Təmir olunub | 2018–2019 |
Heyət | |
Direktor | Dilarə Əliyeva |
Digər məlumatlar | |
Telefon | +99412 436 97 82 |
Sayt | aduf.az |
Azərbaycan Dövlət Uşaq Filarmoniyası — Bakıda fəaliyyət göstərən filarmoniya. Uşaqlar üçün incəsənətin müxtəlif sahələri üzrə təhsil və özfəaliyyət mərkəzidir. Filarmoniya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir.
Tarixi və fəaliyyəti
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 291 saylı qərarı ilə yaradılmış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 18 oktyabr 1991-ci il tarixli 361 saylı əmri ilə rəsmiləşdirilmişdir.[1]
Filarmoniyada iki əsas orkestr — Uşaq Simfonik Orkestri və Uşaq Xalq Çalğı Alətləri Orkestri[2], 1991-ci ildə təşkil olunmuş rəqs kollektivi, 2013-cü ildən fəaliyyət göstərən uşaq teatr studiyası, 2012-ci ildən "Şəms" uşaq xoru və kamera ansamblı, nəfəsli alətlər ansamblı, rəsm dərnəyi və başqa kollektivlər fəaliyyət göstərir.[3]
İl ərzində filarmoniyada 4–18 yaş aralığında 500-dən artıq uşaq incəsənətin müxtəlif sahələri üzrə təhsil alır, fəaliyyət göstərirlər. Onlar arasında fərqlənənlər dünyanın müxtəlif ölkələrinin konsert salonlarında çıxış etmiş, beynəlxalq festival və müsabiqələrdə laureat adlarını qazanmışlar.[1]
Filarmoniyanın binası 2018–2019-cu illərdə əsaslı şəkildə təmir olunmuş, 21 may 2019-cu ildə açılışı olmuşdur.[4]
2012-ci ildən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Dilarə Əliyevadır.[1]
İstinadlar
- ↑ 1 2 3 "Azərbaycan Dövlət Uşaq Filarmoniyası — Tarix və haqqında". aduf.az. Azərbaycan Dövlət Uşaq Filarmoniyası. 19 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2021.
- ↑ "Dövlət Uşaq Filarmoniyasının təmir və yenidənqurma işlərindən sonra açılışı olub". azertag.az. Azərbaycan Dövlət İnformasiya Agentliyi. 21 may 2019. 19 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2021.
- ↑ "Uşaqlara sevgi və sənət aşılayan məkan". "Mədəniyyət" qəzeti. 30 dekabr 2015. səh. 9. 19 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2021.
- ↑ "Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu". mct.gov.az. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 21 may 2019. 19 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2021.
Xarici keçidlər
- Azərbaycan Dövlət Uşaq Filarmoniyası — Facebook səhifəsi
- Azərbaycan Dövlət Uşaq Filarmoniyası — Instagram səhifəsi
- Azərbaycan Dövlət Uşaq Filarmoniyası — YouTube kanalı