Nizami metrostansiyası — Bakı metrosunun yaşıl xəttinin stansiyasıdır. Buradan qatarlar Elmlər Akademiyası stansiyası və 28 May stansiyası istiqamətində hərəkət edir. Stansiyaya daxil olan qatarlarda Üzeyir Hacıbəyovun "Sənsiz" romansı səslənir.
Nizami metrostansiyası | ||||
---|---|---|---|---|
2-ci xətt | ||||
Bakı metrosu | ||||
| ||||
Rayon | Yasamal | |||
Açılış tarixi | 31 dekabr 1976 | |||
İnşaat tipi | Yeraltı | |||
Platformaların sayı | 1 | |||
Memarları | Mikayıl Abdullayev | |||
Çıxdığı küçələr | Zivərbəy Əhmədbəyov küçəsi, Cəfər Cabbarlı küçəsi | |||
Nəqliyyat | 2, 14, 33, 52, 65, 79, 96 nömrəli avtobuslar | |||
İş rejimi | 06:00—00:00 | |||
Qonşu stansiyalar | Elmlər Akademiyası, 28 May | |||
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
|
Metro stansiyası daxilindəki mozaikaların yaradılması və işlənməsi rəssam Mikayıl Abdullayevə məxsusdur.
Dərinlikdə yerləşən "Nizami" stansiyası eskalatorla təchiz olunub. Stansiya "Azad qadın" heykəlinin yaxınlığındadır. Stansiyanın daxili hissəsinin tərtibatında milli memarlığın ən yaxşı nümunələrindən istifadə olunub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə adlandırılan bu stansiya SSRİ Xalq Memarı, akademik Mikayıl Hüseynovun layihəsi əsasında tikilib.[1]
"Nizami" metro stansiyası dünyanın ən gözəl metrostansiyalarının siyahısına daxil edilib.[2]
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |