Azərbaycan Dövlət Uşaq Filarmoniyası — Bakıda fəaliyyət göstərən filarmoniya. Uşaqlar üçün incəsənətin müxtəlif sahələri üzrə təhsil və özfəaliyyət mərkəzidir. Filarmoniya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir.
Azərbaycan Dövlət Uşaq Filarmoniyası | |
---|---|
| |
Yerləşməsi | |
40°23′03″ şm. e. 49°49′33″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Yerləşir | Bakı şəhəri, Yasamal rayonu |
Ünvan | Bəsti Bağırova 16, AZ1065 |
Metro | M 2 Nizami metrostansiyası |
Tarixi | |
Əsası qoyulub | 2 sentyabr 1991 |
Filarmoniya binası | |
Təmir olunub | 2018–2019 |
Heyət | |
Direktor | Dilarə Əliyeva |
Digər məlumatlar | |
Telefon | +99412 436 97 82 |
Sayt | aduf.az |
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 291 saylı qərarı ilə yaradılmış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 18 oktyabr 1991-ci il tarixli 361 saylı əmri ilə rəsmiləşdirilmişdir.[1]
Filarmoniyada iki əsas orkestr — Uşaq Simfonik Orkestri və Uşaq Xalq Çalğı Alətləri Orkestri[2], 1991-ci ildə təşkil olunmuş rəqs kollektivi, 2013-cü ildən fəaliyyət göstərən uşaq teatr studiyası, 2012-ci ildən "Şəms" uşaq xoru və kamera ansamblı, nəfəsli alətlər ansamblı, rəsm dərnəyi və başqa kollektivlər fəaliyyət göstərir.[3]
İl ərzində filarmoniyada 4–18 yaş aralığında 500-dən artıq uşaq incəsənətin müxtəlif sahələri üzrə təhsil alır, fəaliyyət göstərirlər. Onlar arasında fərqlənənlər dünyanın müxtəlif ölkələrinin konsert salonlarında çıxış etmiş, beynəlxalq festival və müsabiqələrdə laureat adlarını qazanmışlar.[1]
Filarmoniyanın binası 2018–2019-cu illərdə əsaslı şəkildə təmir olunmuş, 21 may 2019-cu ildə açılışı olmuşdur.[4]
2012-ci ildən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Dilarə Əliyevadır.[1]