Azadlıq abidəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Azadlıq abidəsi
Brīvības piemineklis
Xəritə
56°57′05″ şm. e. 24°06′47″ ş. u.
Ölkə  Latviya
Şəhər Riqa
Heykəltaraş Karlis Zale
Tikilmə tarixi 1931 - 1935
Hündürlüyü 42 ± 1 m
Material qranit, travertin, dəmir-beton, mis
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azadlıq abidəsi (latış. Brīvības piemineklis‎) — Latiyanın paytaxtı olan Riqa şəhərində Latviya Müstəqillik Müharibəsində (1918-1920) həlak olan əsgərlərin şərəfinə tikilən memorial. Latviyanın azadlıq, müstəqillik və suverenliyin rəmzi sayılır.[1]

Tikilməsi

Latviya Azadlıq Müharibəsinin döyüş zamanı ölən əsgərlərin hatirəsinə memorial tikməyə fikir ilk dəfə erkən 1920-ci illərdə ortayaş çıxmış. 1922-ci ilin iyulun 27-də, Latviyanın Baş Naziri, Ziqfrids Anna Meierovitss "memorial sütunun" dizayn müsabiqəsi üçün qaydaları təsis etməyə əmr verib. Fəqət, nəticədə qalib gələn layihə, ona 57 naqqaş etiraz etdiyinə görə, imtina olunub. 1923-cü ilin oktyabr ayında yeni müsabiqə elan olunub və orada ilk dəfə Azadlıq abidəsi ifadəsi işlənilirdi. Müsabiqədə iki layihə qalib gəlmiş və beləliklə, yenisi 1925-ci ilin mart ayında keçirilməli idi. Lakin, jüri ilə anlaşılmazlığına görə, onun nəticəsi olmayıb.

Son müsabiqə 1929-cu ilin oktyabrında elan olunmuş. Qalibi keçmiş müsabiqələrində də uğurlu olan heykəltaraş, Karlis Zalenin Ulduz kimi parılda! (latış. "Mirdzi kā zvaigzne!"‎) layihəsi idi. Müəllifin və nəzarətçi memarın, Ernests Ştalberqsın kiçik dəyişmələrindən sonra, 1931-ci ilin noyabrın 18-də tikiliş başlayıb.[1]

Yerləşməsi

Abidə şəhərin mərkəzində olan, Əski Riqanın yanındaki Azadlıq bulvarında (latış. Brīvības bulvāris‎) yerləşir.[2]

Ziyan və bərpa işləri

Abidəni şaxtalı, yağışlı iqlim və bundan əlavə, hava çirklənməsi təhlükə altına qoyur.[3] Ona baxmıyaraq ki, 1990-ci illərdə abidəətrafı piyadaların üçün ayırılıb, onun ətrafında hələ də yol hərəkəti olan üç küçə var.[1]

İstinadlar

  1. 1 2 3  (latış.) "Latvijas Enciklopēdija" (I sējums) Rīga 2002 SIA "Valērija Belokoņa izdevniecība" ISBN 9984-9482-1-8
  2. Statue of Liberty, retrieved: 2007-02-07
  3. Environmental Influences on Cultural Heritage of Latvia Arxivləşdirilib 2006-10-17 at the Wayback Machine by G. Mezinskis, L. Krage & M. Dzenis, Faculty of Materials Science and Applied Chemistry, Riga Technical University