Azadlıq abidəsi (latış. Brīvības piemineklis) — Latiyanın paytaxtı olan Riqa şəhərində Latviya Müstəqillik Müharibəsində (1918-1920) həlak olan əsgərlərin şərəfinə tikilən memorial. Latviyanın azadlıq, müstəqillik və suverenliyin rəmzi sayılır.[1]
Azadlıq abidəsi | |
---|---|
Brīvības piemineklis | |
56°57′05″ şm. e. 24°06′47″ ş. u.HGYO | |
Ölkə | Latviya |
Şəhər | Riqa |
Heykəltaraş | Karlis Zale |
Tikilmə tarixi | 1931 - 1935 |
Hündürlüyü | 42 ± 1 m |
Material | qranit, travertin, dəmir-beton, mis |
Vikianbarda əlaqəli mediafayllar |
Latviya Azadlıq Müharibəsinin döyüş zamanı ölən əsgərlərin hatirəsinə memorial tikməyə fikir ilk dəfə erkən 1920-ci illərdə ortayaş çıxmış. 1922-ci ilin iyulun 27-də, Latviyanın Baş Naziri, Ziqfrids Anna Meierovitss "memorial sütunun" dizayn müsabiqəsi üçün qaydaları təsis etməyə əmr verib. Fəqət, nəticədə qalib gələn layihə, ona 57 naqqaş etiraz etdiyinə görə, imtina olunub. 1923-cü ilin oktyabr ayında yeni müsabiqə elan olunub və orada ilk dəfə Azadlıq abidəsi ifadəsi işlənilirdi. Müsabiqədə iki layihə qalib gəlmiş və beləliklə, yenisi 1925-ci ilin mart ayında keçirilməli idi. Lakin, jüri ilə anlaşılmazlığına görə, onun nəticəsi olmayıb.
Son müsabiqə 1929-cu ilin oktyabrında elan olunmuş. Qalibi keçmiş müsabiqələrində də uğurlu olan heykəltaraş, Karlis Zalenin Ulduz kimi parılda! (latış. "Mirdzi kā zvaigzne!") layihəsi idi. Müəllifin və nəzarətçi memarın, Ernests Ştalberqsın kiçik dəyişmələrindən sonra, 1931-ci ilin noyabrın 18-də tikiliş başlayıb.[1]
Abidə şəhərin mərkəzində olan, Əski Riqanın yanındaki Azadlıq bulvarında (latış. Brīvības bulvāris) yerləşir.[2]
Abidəni şaxtalı, yağışlı iqlim və bundan əlavə, hava çirklənməsi təhlükə altına qoyur.[3] Ona baxmıyaraq ki, 1990-ci illərdə abidəətrafı piyadaların üçün ayırılıb, onun ətrafında hələ də yol hərəkəti olan üç küçə var.[1]