Bərxan Şimşək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bərxan Şimşək
Doğum tarixi 1 mart 1957(1957-03-01)[1] (67 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, siyasətçi
Təhsili
  • Vəfa liseyi[d]
IMDb ID0801392

Bərxan Şimşək (1 mart 1957[1], Bayburt) — Türkiyə kinoaktyoru və siyasətçisi.

Həyatı

Bərxan Şimşək 1957-ci ildə Bayburtda dünyaya gəlib. İbtidai təhsilini Bayburtda, orta təhsilini İstanbul Əbdülhaqhəmid Gecə Orta məktəbində, lisey təhsilini Vəfa Axşam Liseyində alıb. Hazırda Açıqöyrətim fakültəsinin İşlətmə şöbəsində oxuyur.

1970-ci illərdə peşəkar kinoaktyor karyerasına başlayıb, "Xudahafiz sabah", "Uzlaşma", "İpəkçə", "İşıqlar sönməsin" kimi filmlərdə çəkilib. Televiziya və serial rejissoru da olan Bərxan Şimşək Maqazin Qəzetçiləri Dərnəyinin "Ən yaxşı aktyor", 1994-cü il Ankara Kinofestivalının "Ən yaxşı ikinci paln aktyoru" mükafatlarına layiq görülüb.

78-cilər Vəqfı və Çağdaş Kinoaktyorlar Dərnəyinin qurucusu olan Bərxan Şimşək, "Günaydın" qəzetinin köşə yazarı da olub. 1999-cu ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 10-cu Növbədənkar Qurultayında partiya məclisinə üzv seçilib və 5 dönəm partiya məclisi üzvü olub.

22-cı çağırış Türkiyə Böyük Millət Məclisinə (2002–2007) CHP-dən İstanbul millət vəkili seçilib. Bu dönəmdə Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının üzvü, Türkiyə-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri olub. 2010–2011-ci illərdə CHP İstanbul İl başqanı olan Bərxan Şimşək subay və bir uşaq atasıdır.

Filmoqrafiya

  • Fərari mumiya (2002)
  • Müğənni (2001)
  • Acı könül (2001)
  • Xudahafiz sabah (1998) — Dəniz Gəzmiş
  • İşıqlar sönməsin (1996)
  • İş (1995)
  • Yolçu (1994)
  • Tərsinə dünya (1993)
  • Uzlaşma (1992) — Mehmet Əli Ağca
  • Maddə 438 (1990) — Səbri
  • Minyəli Abdulla (1989)
  • Quruluş (1986)
  • Silah dostları (1986)
  • Acımak (1985) — Mehmet
  • Acı (1984)
  • Sevimli oğlum (1977)
  • Cəhənnəm elçiləri (1975)

Mükafatları

  • 1994 Ankara Kinofestivalı — "Ən yaxşı ikinci plan aktyoru" mükafatı ("Yolcu" filmindəki roluna görə)
  • 1996 Maqazin Qəzetçiləri Dərnəyi mükafatları — "Ən yaxşı aktyor" makafatı ("İşıqlar sönməsin" filmindəki roluna görə)

Xarici keçidlər

  1. 1 2 https://www.academia.edu/32365321/ahmet_yildiz_turk_parlamento_tarihi_cilt_3.pdf.