Babək Qalası Qurultayı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Babək Qalası Qurultayı — Azərbaycanın milli qəhrəmanı Babək Xürrəminin ad günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş zamanı keçirilən tədbir.

Qurultay ərəfəsində İranın bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.[1]

Eyni zamanda müxtəlif şəhərlərdə Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilir.

Babək Xürrəminin ad günü kimi qəbul edilən tarix adətən Kəleybər şəhərinin yaxınlığındakı Bəzz, yaxud Babək qalasında qeyd edilir. Lakin, son illər ərzində İran hökumətinin məntəqədə hərbi manevrlər keçirməsinə görə qalanın ətrafında toplaşmağa imkan tapa bilməyən əhali bu mərasimi şəhər mərkəzlərində qeyd edir. Babək qalasın illik qurultayının qadağan olunmasından sonra, Traktor Sazi klubunun tərəfdarları hər həftə Təbrizin Səhənd stadionunda toplaşıb milli şuarlar səsləndirirlər.

Mənbə

İstinadlar

  1. Rəcəb Həsənbəyov. "Babək Qalası Qurultayı". Milliyyət Araşdırmalar Mərkəzi. 2019-07-15 tarixində orijinalından arxivləşdirilib.

Həmçinin bax

Bəzz qalası