Bu səhifədə iş davam etməkdədir. |
Babək qalası qurultayı və ya Bəzz qalası qurultayı — Azərbaycanın milli qəhrəmanı Babək Xürrəminin ad günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş zamanı keçirilən tədbir.
Qurultay ərəfəsində İranın bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.[1]
Eyni zamanda müxtəlif şəhərlərdə Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilir.
Babək Xürrəminin ad günü kimi qəbul edilən tarix adətən Kəleybər şəhərinin yaxınlığındakı Bəzz, yaxud Babək qalasında qeyd edilir. Lakin, son illər ərzində İran hökumətinin məntəqədə hərbi manevrlər keçirməsinə görə qalanın ətrafında toplaşmağa imkan tapa bilməyən əhali bu mərasimi şəhər mərkəzlərində qeyd edir. Babək qalasın illik qurultayının qadağan olunmasından sonra, Traktor Sazi klubunun tərəfdarları hər həftə Təbrizin Səhənd stadionunda toplaşıb milli şuarlar səsləndirirlər.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |