Bakı Britaniya Məktəbi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bakı Britaniya Məktəbi
Əsası qoyulub 15 sentyabr 2007
Şəhər Bakı

Bakı Britaniya Məktəbi (ing. Baku British School) — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi.

Tarixi

15 sentyabr 2007-ci ildə Bakı Britaniya Məktəbi öz qapısını 100-dən çox şagirdin üzünə açdı.

2007-ci il dekabr ayında məktəb ilk semester buraxılışını qeyd etdi.

20 mart 2008-ci ildə BSB (Bakı British School) ilk Novruz Bayramını məktəbin həyətində, şagirdlərin çıxışı ilə təntənəli şəkildə keçirtdi.

25 iyun 2008-ci il məktəb ilk yay buraxılışını qeyd etdi.

22 iyun 2009-cu il ilk son zəng qeyd edildi.

Bakı Britaniya Məktəbi 22 iyun 2009-cu ildə, məktəbin şagirdləri, muəllimləri, valideynləri, 25 məzunu və 200 dən çox qonağı ilə, Rus Dram Teatrında təntənəli şəkildə ilk son zəngini qeyd etdi.

İbtidai təhsil

İbtidai təhsildə, şagirdlər SAT proqramları (standartlaşdırılan qiymətləndirmə testləri) götürürlər. Bu proqram 2-ci sinifdən 6-cı sinifə qədər hər il götürülür. Testin nəticələri şagirdlərin 1 ildə topladığı ümumi biliyin səviyyəsini göstərməyə imkan verir.

Orta təhsil

Baku British School orta təhsil tələbələrini Kembric beynəlxalq ekspertiza imtahanları ilə Kembric IGCSE (orta təhsilin beynəlxalq ümumi şəhadətnaməsi) almaq üçün səkkiz fənnə hazırlaşdırır. Britaniya sistemi ilə Kembric IGCSE imtahanları 10-cu sinifdən başlayır və 13-cü sinifə qədər şans verilir. İmtahan kağızları Kembricdə yoxlanılıb, 1 aydan sonra yenidən Azərbaycana göndərilir.

İmtahanların hamısından uğurla keçən (səkkiz fəndən IGCSE alan) şagird Britaniyanın və dünyanın hər bir universitetinə qəbul ola bilər.

Həmçinin bax

Mənbə

Xarici keçidlər