Balaca bulaqotu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Balaca bulaqotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Balaca bulaqotu (lat. Veronica minuta) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bulaqotu cinsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]

Qısa morfoloji təsviri

Çılpaq, çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylıdır, nazik, sərilən, 2,5-10 sm uzunluqdadır. Yarpaqlar xırda, qısasaplaqlı, dairəvi, oval və ya yumurtaşəkilli, tamkənarlı, 3-7 mm uzunluqdadır. Salxımlar təpədə yerləşir, qısa, seyrək, uzunsov-tüklü, vəzili deyil. Meyvə kasacığın hissələri 3 mm uzunluqda, oval və uzunsov, kənarlardan ağ kirpiklidir. Çiçək tacı mavi, kasacıqdan 2 dəfə böyükdür. Qutucuğu 4mm uzunluqda, sıxılmış, kənarlardan kirpiklidir. Sütuncuq 3-4 mm uzunluqdadır. Toxumları 1 mm uzunluğunda, oval, sıxılmış, demək olar ki, hamar, qəhvəyi rəngdədir.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə və meyvəverməsi iyul-avqust aylarında baş verir. Kserofit bitkidir. Alp qurşağında daşlı qayalarda rast gəlinir.[3]

Yayılması

Böyük Qafqazın bütün rayonları, Kiçik Qafqazın şimal və mərkəzi hissələri.[3][4] Daşlı qayalarda bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.[5]

Sayı və tendensiyası

Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

Əsasən alp qurşağının bitkisi olduğundan və qısa vegetativ dövrünə malik olduğundan ətraf mühit amillərinə çox həssasdır.

Mühafizə tədbirləri

Yayıldığı ərazilərin mütəmadi monitorinqinin aparılması, toxumla rahat çoxaldığından toxum ehtiyatının yığılması və toxumbankında saxlanması təklif olunur.

İstinadlar

  1. http://redbook.az/?options=project&id=Balaca%20bulaqotu[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 3 Флора Азербайджан, 1957
  4. Əsgərov A.M., 2006
  5. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019

Həmçinin bax