Banya Luka Roma-Katolik yeparxiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bosniya və Herseqovinanın katolik yeparxiyaları
  Banya Luka yeparxiyası

Banya Luka yeparxiyası (bosn. Banjalučka biskupija, lat. Dioecesis Bania Lucensis) — mərkəzi Bosniya və Herseqovinanın Banya Luka şəhərində yerləşən və Roma adətini saxlayan katolik yeparxiya.

Yeparxiya 5 iyul 1881-ci ildə, Vrhbosna mitropoliyasının suffraqan yeparxiyası olaraq quruldu. 1887-ci ildə yeparxiyada, 1969-cu il zəlzələsi ilə tamamilə məhv edilən Müqəddəs Bonaventura Katedrali inşa edildi. Katedralin müasir binası 1974-cü ildə salınmışdır. Yeparxiya əsasən tarixi serb çoxluğu olan müasir Serb Respublikası ərazisində yerləşir. Yeparxiya katoliklərinin böyük əksəriyyəti tarixən etnik xorvatlardır. 1990-cı ildə yeparxiyada 91 min katolik var idi. 1990-cı ildə yeparxiyada 91 min katolik var idi[1]. 1992-1995-ci illər Bosniya müharibəsi etno-konfessiya mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb oldu, xüsusən bosniya xorvatlarının müstəqil Xorvatiyaya kütləvi şəkildə köçməsi səbəbindən bütövlüklə ölkədə katoliklərin sayı kəskin azaldı. Hazırda yeparxiyada katoliklərin sayı təxminən 40 mindir, yəni müharibədən əvvəl iki qat daha azdır[1]. Münaqişə zamanı arxiyeparxiyasının bir çox katolik kilsəsi dağılmış vəziyyətdə idilər, müharibədən sonra onların bərpası arxiyeparxiyanın əsas vəzifəsi idi.

Statistika

2006-cı ildəki vəziyyətə görə, arxiyeparxiyanın nəzdində 40.000 katolik (əhalinin 7.2%), 68 keşiş və 48 kilsə var idi[1]. Yeparxiyanın kafedral kilsəsi Banya Lukada yerləşən Müqəddəs Bonaventura Katedralidır. 1989-cu ildən bəri, yeparxiyaya Franyo Komaritsa rəhbərlik edir. Marko Semren (O.F.M.) 2010-cu ildən köməkçi yepiskopdur.

İstinadlar

  1. 1 2 3 "Diocese of Banja Luka". 2010-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-30.

Həmçinin bax

Xarici keçidlər