Yeparxiya

Yeparxiya (yun. ἐπαρχία) — sekulyar və ya dini qurumlarda bir növ inzibati ərazi vahidi.

Sekulyar qurumlarda

[redaktə | mənbəni redaktə et]

Yeparxiya Roma imperiyasıBizans imperiyasında mövcud olmuş inzibati ərazi vahidi olub latınca provincia termininin yunanca qarşılığı idi. 840-cı illərə qədər istifadədə olmuşdur.[1] Müasir Kipr Respublikasının inzibati ərazi vahidləri yeparxiya adlanır.

Dini qurumlarda

[redaktə | mənbəni redaktə et]

Xristian kilsəsində hər hansı bir inzibati ərazi vahidi yeparxiya adlanır və həmin bölgəyə mitropolit tərəfindən rəhbərlik edilir.

  1. Ostrogorsky, George (1956). History of the Byzantine State. Oxford: Basil Blackwell.