Barquzin qoruğu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Barquzin qoruğu
rus. Баргузинский государственный природный биосферный заповедник
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu)
Sahəsi 374322 ha
Mütləq hündürlüyü 1.215 m
Yaradılma tarixi 29 dekabr 1916
Yerləşməsi
54°30′ şm. e. 109°50′ ş. u.
Ölkə  Rusiya
barguzinskiy.ru
Barquzin qoruğu xəritədə
Barquzin qoruğu
Barquzin qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Barquzin dövlət təbiət biosfer qoruğu[1] — qoruq Buryatiyanın Şimali-Baykal rayonu ərazisində yerləşir. Tarixi mərkəzi Davşa, 2012-ci ildən isə isə Ust-Barquzin qəəsəbəsidir.

Tarixi

Barquzin qoruğu Rusiyanın qədim qoruqlarındandlr. Qoruq Zabaykal vilayətinin Barquzin qəzası ərazisində yerləşdirindən Barquzin adlandırılmışdır. Qoruq 1916-cı ilin 29 dekabrında yaradılmışdır. Qoruq yaradılarkən Martes zibellinanın qorunması hədəflənirdi. Bu zaman burada cəmi 20–30 baş olduğu halda, hazırda hər 1 km² əraziyə 1–2 baş düşür. Bu qoruq Oktyabr inqilabına qədər mövcud olmuş yeganə qoruqdur. 1930-cu illərdən qoruğun təyinatı kompleksləşmişdir. 1986-cı ilən YUNESCOnun Biosfer qoruğu statusu alır. 1996-cı ildən "Baykal gölü" ilə birlikdə Ümumdünya irsi siyahısına daxildir.

1997-ci ildə qoruğun yaradılması günü Rusiyada Qoruq və milli parklar günü elan edilir.

2011-ci ildə RF Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin qərarına görə Barquzin qoruğu və Zabaykal Milli Parkının birləşdirilir[2].

Coğrafiya

Qoruq ərazisi Barquzin silsiləsinin qərb ətəkləri və Baykal gölünün bir hissəsini əhatə edir. Qoruğun ərazisi 374 322 hektardır, stəlik bura 15 000 ha Baykal ərazisi də daxildir.

Çayları

"Konstantin Zabelin" gözətçi kateri
  • Davşa
  • Sosnovka (Sol Sosnovka, Sağ Sosnovka)
  • Bolşaya
  • Ezovka
  • Kabanya
  • Şumilixa
  • Qromotuxa
  • Tarkulik
  • Kudaldı
  • Odorçenka
  • Kerma
  • Budarman
  • Kudalkan
  • Aşağı Zadornaya
  • Talamuş
  • Yujnıy Birakab
  • Ulur
  • Toşolqa
  • Urbikan

Burunları

  • Valukan
  • Nemnyanda
  • Çyornıy
  • Urbikan
  • Ponqone
  • Kabaniy

Körfəzləri

  • Davşa
  • Sosnovka
  • Yakşakan
  • Turkukit
  • İrinda

Gölləri

  • Losinoe
  • Karaseyvoe

Heyvanlar aləmi

Qoruq ərazisində fauna nümayəndələri qorunur. Burada sığın, müşk maralı, qütb dovşanı, qonur ayı, qonurdiş, Kamçatka marmotu daxil olmaqla 41 məməli yaşayır. Sularında Coregonus migratorius, siqi, nərə, Thymallus, Hucho taimen, Brachymystax və digər balıqlar yayılmışdır.

Şəxsləri

  • Konstantin Alekseyeviç (1885–1934)
  • Zenon Fransiviç Svatoş (1886–1949)
  • Yevgeni Mixayloviç Çernikin (1928–2009)

İstinadlar

  1. "Rəsmi sayt". 2010-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.
  2. "«Baykal təbiəti»." 2013-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-13.

Xarici keçidlər