Qonur ayı

Qonur ayı (lat. Ursus arctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Bu növ ayıların yayılma arealı AvrasiyaŞimali Amerika materiklərini əhatə edir.

Qonur ayı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qonur ayıların hazırda yaşadığı əsas ərazilərə Rusiya, Mərkəzi Asiya, Kanada, ABŞ (əsasən Alyaska), Skandinaviya, Karpat (əsasən Rumıniya), AnadoluQafqaz daxildir. Azərbaycanda arealı BöyükKiçik Qafqaz, Talış dağlarını, dağətəyi əraziləri əhatə edir. 

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Ayı yırtıcı məməli heyvanıdır, ölçüləriylə, rəngləriylə və yaşadığı mühitlə bir-birindən fərqlənən 7 yarımnövdən ibarətdir. Bədənin uzunluğu 1,7-2,2 m, kütləsi 100-340 kq olur. Boz ayı uzunsov sifətli, balaca gözlü və balaca quyruqlu heyvandır. Tükü qalın, boz rəngdədir. Köpək dişləri möhkəm, azı dişlərinin tacı enli və yastıdır. Bu yeməyin qarışıq olmasıyla əlaqədardır. Burnu yaxşı inkişaf etmiş iybilmə selikli qişaya malikdir. Pəncələri iri, möhkəm, beş barmaqlı, caynaqları möhkəm, bükülmüş şəkildədir. Başqa yırtıcı məməlilərdən fərqli olaraq, ayılarda mimika demək olar ki, yoxdur. Meşə heyvanı olan boz ayıya, Zaqafqaziyanın cənub rayonlarındakı dağlı meşə ərazilərdə rast gəlmək olar.

Ayılar ağaca dırmaşıb, arıların yuvalarını dağıdırlar. Adətən tək həyat tərzi sürürlər. Hər şeyi yeyirlər. Qidası fəsillərdən asılı olaraq həm bitki, həm də heyvan mənşəlidir. Meyvə gilələrindən, baldan, həşaratlardan əlavə yazda qar uçğunlarında tələf olmuş heyvanların cəsədi, yabanı çətirçiçəkli və taxıl bitkiləri ilə qidalanır. Onlar bitkiləri yeyərkən əslində bitkiləri yayırlar. Ev heyvanlarına da hücüm edirlər

Yaşayış yerləri bəzən meşəli, bəzən isə qayalı çılpaq əraziləri əhatə edir. Qışda onlar 195 gün səthi qış yuxusuna gedirlər. Boz ayının qış vaxtlarında dincəlməsini qış yuxusu adlandırmaq olmaz, çünki onun bədəninin hərarəti normal qalır və o, təhlükə hiss edəndə yuvasından çıxa bilər Talış dağlarında qış fəslində yuxuya getməmiş fərdlərə daha çox rast gəlinir. Ayılar çalalarda, mağaralarda yuva qururlar. Yuva qurmayan ayılar veyl olur. Veyl heyvanların olması yaşayış şəraitinin pisləşməsindən xəbər verir. Bu ayılar insan üçün çox təhlükəlidir. Arealın cənub hissələrində ayı bütün il boyu fəaldır. Ayılar suda çox yaxşı üzürlər, dayaz yerlərdə onlar hətta balıq tuturlar.

Cütləşmə dövrü may-iyul aylarında baş verir. Boğazlıq dövrü latent mərhələ ilə birlikdə 6-8 ay çəkir. Balalar yanvar-mart aylarında hələ qış yuxusu dövründə dünyaya gəlirlər. Adətən 2-3, bəzən isə 5 bala dünyaya gətirə bilirlər. Laktasiya müddəti 18-30 ay çəkə bilir, balaların böyüməsi və təlimi ilə ana fərd məşğul olur.

Azərbaycandakı ayı populyasiyasının sayına qonşu ölkələrdəki populyasiyaların təsiri böyükdür. Ayının Azərbaaycanda əsas arealı olan Böyük Qafqazda fəsillərdən asılı olaraq Şimali Qafqazdan gəlmiş və ya ərazini tərk etmiş fərdlər ümumi saya kəskin təsir edir. Ekspert qiymətləndirmələrinə görə Azərbaycanda təqribən 500-700 fərd mövcuddur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Əsas amil insan tərəfindən birbaşa təqib olunması və yaşayış yerlərinin daralmasıdır.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

İUCN siyahısına salınmışdır. Növün müasir arealı çərçivəsində yaşayış yerləri Zaqatala, İlisu, Türyançay dövlət təbiət qoruqları, Şahdağ, Altıağac, Hirkan, Ordubad, Göy-göl milli parkları, Zuvand, Ordubad, Arpaçay, Zaqatala, Qax, Şəki, Qızılca yasaqlıqlarında mühafizə olunur. Mövcud XMOTƏ-lərin mühafizə rejimini, texniki təchizatını və infrastrukturunu gücləndirmək, XMOTƏ-lər arasında ekoloji dəhlizlər təşkil etmək.

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0