Barquzin dövlət təbiət biosfer qoruğu[1] — qoruq Buryatiyanın Şimali-Baykal rayonu ərazisində yerləşir. Tarixi mərkəzi Davşa, 2012-ci ildən isə isə Ust-Barquzin qəəsəbəsidir.
Barquzin qoruğu | |
---|---|
rus. Баргузинский государственный природный биосферный заповедник | |
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 374322 ha |
Mütləq hündürlüyü | 1.215 m |
Yaradılma tarixi | 29 dekabr 1916 |
Yerləşməsi | |
54°30′ şm. e. 109°50′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
barguzinskiy.ru | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Barquzin qoruğu Rusiyanın qədim qoruqlarındandlr. Qoruq Zabaykal vilayətinin Barquzin qəzası ərazisində yerləşdirindən Barquzin adlandırılmışdır. Qoruq 1916-cı ilin 29 dekabrında yaradılmışdır. Qoruq yaradılarkən Martes zibellinanın qorunması hədəflənirdi. Bu zaman burada cəmi 20–30 baş olduğu halda, hazırda hər 1 km² əraziyə 1–2 baş düşür. Bu qoruq Oktyabr inqilabına qədər mövcud olmuş yeganə qoruqdur. 1930-cu illərdən qoruğun təyinatı kompleksləşmişdir. 1986-cı ilən YUNESCOnun Biosfer qoruğu statusu alır. 1996-cı ildən "Baykal gölü" ilə birlikdə Ümumdünya irsi siyahısına daxildir.
1997-ci ildə qoruğun yaradılması günü Rusiyada Qoruq və milli parklar günü elan edilir.
2011-ci ildə RF Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin qərarına görə Barquzin qoruğu və Zabaykal Milli Parkının birləşdirilir[2].
Qoruq ərazisi Barquzin silsiləsinin qərb ətəkləri və Baykal gölünün bir hissəsini əhatə edir. Qoruğun ərazisi 374 322 hektardır, stəlik bura 15 000 ha Baykal ərazisi də daxildir.
Qoruq ərazisində fauna nümayəndələri qorunur. Burada sığın, müşk maralı, qütb dovşanı, qonur ayı, qonurdiş, Kamçatka marmotu daxil olmaqla 41 məməli yaşayır. Sularında Coregonus migratorius, siqi, nərə, Thymallus, Hucho taimen, Brachymystax və digər balıqlar yayılmışdır.