Battlefield 1942: The Road to Rome

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Battlefield 1942: The Road to Rome
"Battlefield 1942: The Road to Rome" add-onunun rəsmi afişası
"Battlefield 1942: The Road to Rome" add-onunun rəsmi afişası
Hazırlayan Digital Illusions CE
Yayımlayan EA Games
Seriya "Battlefield"
Buraxılış tarixi Şimali Amerika 2 fevral 2003
Avropa 7 fevral 2003
Janrlar Birinci şəxs atıcı
Texniki məlumat
Platformalar Microsoft Windows
Mühərriklər Refractor 1
Oyun rejimləri Birnəfərli oyun Çoxnəfərli oyun
Daşıyıcılar DVD
İdarəetmə Klaviaturasiçan

Battlefield: 1942: The Road to Rome (azərb. Döyüş-meydanı 1942: Romaya yol‎) — 2002-ci ildə satışa çıxarılmış "Battlefield 1942" videooyunu üçün genişləndirmə paketi. Add-on "Digital Illusions CE" tərəfindən hazırlanmış və "Electronic Arts" videooyun nəşrçisinin təşəbbüsü ilə 2 fevral 2003-cü ilŞimali Amerika, 7 fevral 2003-cü ildə isə Avropa iqtisadi regionu üçün satışa çıxarılmışdır. İkinci dünya müharibəsi dövründə İtaliyada baş verən döyüşləri təsvir edən 6 xəritə, eləcə də 8 nəqliyyat vasitəsi buraxılmışdır. Add-on oyuna Fransaİtaliya hərbi qüvvələrini də əlavə etmişdir. Add-on vasitəsilə oyuna əlavə edilən yeni xüsusiyyətlərdən biri mühəndislərin əlbəyaxa döyüş üçün tüfənglərinə süngü yerləşdirə bilmələridir. Add-on oyuna iki yeni silah – İtaliyanın Breda 30 əl pulemyotunu və the Britaniyanın Sten avtomatını əlavə edir. Bunlarla yanaşı, add-on orijinal "Battlefield 1942"-nin giriş videoçarxına əlavə səhnələr yerləşdirir.

Qəbul

Rəy toplayıcısı "Metacritic"ə əsasən "Battlefield: 1942: The Road to Rome" "ümumiyyətlə yaxşı" rəylər almışdır. Add-on yeni çoxnəfərli rejimlərinin və silahların az olmasına görə tənqidlənmişdir. Add-onun ən təriflənən akpekti maraqlı xəritə dizaynları idi.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax