Bekus-Naur forması

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Bekus-Naur forması (BNF; ing. Backus-Naur form) – formal dillərin sintaksisini təsvir etmək üçün metadil; Con U.Bekus (John W.Backus) və Piter Naur (Peter Naur) tərəfindən ALGOL dilinin təsvirində təklif olunub. Aşağıdakı dilin <ədəd> elementinin tərifi verilib: <ədəd> ::= <işarəsiz ədəd> | <işarə> <işarəsiz ədəd> <işarəsiz ədəd> :: = <rəqəm> | <rəqəm> <işarəsiz ədəd> <rəqəm> :: = 0 | 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 <işarə> ::= + | –

Bu misalda <rəqəm> və <işarə> terminal adlandırılan aktual simvollar terminləri ilə təyin edilir; “|” simvolu alternativ variantı göstərir, yəni <işarə> ya “+”, ya da “–” qiyməti ala bilər; “::=” simvolu “kimi təyin olunur” anlamını verir. Künc mötərizələrinə alınmış adlara (məsələn, <işarə>) metadəyişənlər (METAVARIABLES) deyilir. Metadəyişən terminal simvollar və başqa metadəyişənlər, o cümlədən zərurət olduqda özü vasitəsilə təyin edilir (<işarəsiz ədəd>də olduğu kimi).

Ədəbiyyat