Berdi qalası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Berdi qalasıCulfa rayonunun Qazançı kəndindən cənub-şərqdə tarixi-arxeoloji abidə.

Ad qədim türk dillərində, eləcə də yakut türklərinin müasir dillərində "qala" mənasını daşıyır. Bu ad hazırda Azərbaycanın Bərdə şəhər, Berdi qala, Berd qala və Berdi bəy kimi türk sərkərdələrinin adlarında qalmaqdadır.

Sözün birinci "börü" tərkibi həm qədim türk dillərində, həm də F. Rəşidəddinin "Oğuznamə" əsərində "qurd" mənasını daşıyır. Hər iki halda söz qədim türk sözü olub, "qala", "qurdlu dik" mənalarını daşıyır.

Qala təbii qayanın üzərindədir. O, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Qalanın yalnız şərq tərəfində müdafiə divarının qalıqlarına rast gəlinmişdır. Onun mərkəzi hissəsində heyvan saxlamaq üçün kələk və dördkünc formalı yaşayış binalarının qalıqları durmaqdadır. Yaşayış binaları bir otaqlıdır. Axtarışlar zamanı Berdi qalasından orta əsrlərə aid keramika məmulatı aşkar olunmuşdur. Qalanı I–XVIII əsrlərə aid etmək olar.

Mənbə

  • Rzayev F. Ərəb-fars, erməni mənşəli hesab edilmiş bəzi türk toponimləri. Onomastika problemləri. Bakı: 2002, № 10.
  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.39.