Qazançı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.
Qazançı | |
---|---|
39°14′15″ şm. e. 45°41′57″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 7219[1] |
Oykonim kazan etnonimi və -çi şəkilçisindən ibarətdir. Türkdilli qədim bulqarların kazan tayfasının adını əks etdirir. Mənbələrə görə onlar ilk dəfə e.ə. II əsrdə Zaqafqaziyaya gəlmişlər. İnqlabdan əvvəl bütün qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda isə Qazançı adlı 10 kənd var idi.[2]
Kənd Əlincə çayının sahilində, Zəngəzur silsiləsinin yamacında yerləşir.
Əhalisi 702 nəfərdir.[3]
Dilək piri Culfa rayonunun Qazançı kəndinin cənubunda, kəndin içərisində ziyarətgahdır. Pir daşdan tikilmiş bir otaqlı binadan ibarətdir. Girişi cənub tərəfdəndir. Şərq tərəfə baxan bir pəncərəsi, qərb divarının içəri tərəfində bir dördkünc formalı taxçası vardır. Binanın interyeri sadə olub gəclə suvanmışdır. Binanın fasadında kiçik həcmli üçbucaq formalı taxça vardır. Taxça hisdən qaralmışdır. Taxçada çıraq, ya da şam yandırılır, daş yapışdırmaqla niyyət edilir. Binanın içərisi İslam dininin müqəddəs şəxsiyyətlərinin şəkilləri və dini motivli digər rəsmlərlə bəzədilmişdir. Pirin indiyədək saxlanmış tikintiləri XIX əsrə aid olsa da, ətrafdan aşkar olunan şirli və şirsiz saxsı məmulatı onun Erkən Orta əsrlərdən fəaliyyət göstərdiyini deməyə əsas verir. Piri VIII–XI əsrlərə aid etmək olar.[4]
Culfa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |