Bessey albalısı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bessey albalısı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bessey albalısı (lat. Prunus besseyi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Şimali Amerikadır.

Botaniki təsviri

Çətiri şaxələnmiş, çılpaq qırmızı zoğlu, hündürlüyü 30-120 sm olan koldur. Gövdələri və bəzi budaqları sürünəndir. Yarpaqlarının uzunluğu 2-6 sm, ellipsvari-neştərvari, ucu biz, kənarları dişli, çılpaqdır. Yarpaq saplağının uzunluğu 4-10 mm-dir. Xırda, ağ çiçəkləri 2-4 ədəd olmaqla salxıma toplanmışdır, diametri təxminən 15 mm-dir. Yarpaq və çiçəkaltlıqları tez töküləndir. Erkəkcikləri 15-20 ədəddir. Çiçəkləmə 15-20 gün davam edir. Meyvəsi çox da böyük olmayan, ölçüsü təxminən 1,5 sm, yeməli, tünd al qırmızı və ya qara rəngli, yumru, ətli, çəyirdəklidir. Toxum, qələm və kök zoğları ilə çoxalır.

Ekologiyası

Yüngül, qumluca torpaqlarda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi

Yarpaqları payızda al qırmızı çalarlara boyanır. Bu da bitkiyə çox dekorativ görünüş verir.

İstinadlar

Həmçinin bax