Bessey albalısı (lat. Prunus besseyi) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
Bessey albalısı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Bessey albalısı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Vətəni Şimali Amerikadır.
Çətiri şaxələnmiş, çılpaq qırmızı zoğlu, hündürlüyü 30-120 sm olan koldur. Gövdələri və bəzi budaqları sürünəndir. Yarpaqlarının uzunluğu 2-6 sm, ellipsvari-neştərvari, ucu biz, kənarları dişli, çılpaqdır. Yarpaq saplağının uzunluğu 4-10 mm-dir. Xırda, ağ çiçəkləri 2-4 ədəd olmaqla salxıma toplanmışdır, diametri təxminən 15 mm-dir. Yarpaq və çiçəkaltlıqları tez töküləndir. Erkəkcikləri 15-20 ədəddir. Çiçəkləmə 15-20 gün davam edir. Meyvəsi çox da böyük olmayan, ölçüsü təxminən 1,5 sm, yeməli, tünd al qırmızı və ya qara rəngli, yumru, ətli, çəyirdəklidir. Toxum, qələm və kök zoğları ilə çoxalır.
Yüngül, qumluca torpaqlarda yaxşı inkişaf edir.
Böyük Qafqazda təbii halda rast gəlinir.
Yarpaqları payızda al qırmızı çalarlara boyanır. Bu da bitkiyə çox dekorativ görünüş verir.