Betmen Günü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Üçüncü Betmen Günü münasibətilə 2017-ci ildə Midtown Comics mağazasında keçirilən Betmen Günü tədbirində Betmen kostyumu geyinmiş kospleyer yazıçı Frenk Miller və rəssam Qreq Kapullo ilə görüşərkən

Betmen Günü (ing. Batman Day) — Betmen irsinin qeyd edilməsi üçün DC Entertainment tərəfindən hər il təşkil olunan beynəlxalq bayram.

İlk Betmen Günü 23 iyul 2014-cü ildə qeyd edilmişdir. Həmin tarix, "Detective Comics" səhifələrində ilk dəfə 1939-cu ildə peyda olan Betmenin 75 illik yubileyinin qeyd edilməsi məqsədilə seçilmişdi. Həm də həmin tarix San-Diyeqo Komik-Konu ilə üst-üstə düşürdü. Sonradan Betmen Günü hər il sentyabrın üçüncü həftəsinin şənbə günü qeyd edilir[1][2]:

2015 – 26 sentyabr
2016 – 17 sentyabr
2017 – 23 sentyabr
2018 – 15 sentyabr
2019 – 21 sentyabr
2020 – 19 sentyabr[3]

İstinadlar

  1. Leah Asmelash, Here's where you can see the Bat Signal on Batman Day this Saturday, CNN, 20 September 2019, 16 May 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: 18 September 2020
  2. Timothy Donohoo, What Is Batman Day - and Why Does the Date Keep Moving?, CBR, 19 September 2019, 19 August 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: 18 September 2020
  3. DC Comics. "Batman Day". Twitter. Twitter. 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2020.

Xarici keçidlər