Betmen Günü (ing.Batman Day) — Betmen irsinin qeyd edilməsi üçün DC Entertainment tərəfindən hər il təşkil olunan beynəlxalq bayram.
İlk Betmen Günü 23 iyul 2014-cü ildə qeyd edilmişdir. Həmin tarix, "Detective Comics" səhifələrində ilk dəfə 1939-cu ildə peyda olan Betmenin 75 illik yubileyinin qeyd edilməsi məqsədi ilə seçilmişdi. Həm də həmin tarix San-Diyeqo Komik-Konu ilə üst-üstə düşürdü. Sonradan Betmen Günü hər il sentyabrın üçüncü həftəsinin şənbə günü qeyd edilir[1][2]: