Biaknabat müqaviləsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Biaknabat müqaviləsi
Filippin üsyançıları Honq Konqa sürgün edildi. Emilio Aquinaldonun sağında Miguel Primo de Rivera,[1]: O, Fernando Primo de Riveranın qaradaşının oğıu ve yardımcısı ve Cose Antonio Primo de Riveranın babasıdır. Aquinaldo arxasında duran QreQorio del Pilar. Miquel Aquinaldo “kompensasiya”-nı[2] ödəyənə qədər girov götürüldü. Miquelin arxasında dayanmış və sağında olan Pedro Paterno.
Filippin üsyançıları Honq Konqa sürgün edildi. Emilio Aquinaldonun sağında Miguel Primo de Rivera,[1]: O, Fernando Primo de Riveranın qaradaşının oğıu ve yardımcısı ve Cose Antonio Primo de Riveranın babasıdır. Aquinaldo arxasında duran QreQorio del Pilar. Miquel Aquinaldo “kompensasiya”-nı[2] ödəyənə qədər girov götürüldü. Miquelin arxasında dayanmış və sağında olan Pedro Paterno.
Müqavilənin tipi Sülh müqaviləsi, Amnistiya
İmzalanma tarixi Dekabrın 14, 1897-ci il
İmzalanma yeri Manila
Tərəflər İspaniya krallığı, Filippin Respublikası

Biaknabat müqaviləsi (1897) — Filippin milli azadlıq inqilabı (189698) zamanı filippinli üsyançıların İspaniya hakimiyyətinə qarşı silahlı mübarizəsinin dayandırılması haqqında saziş[3].

Haqqında

Noyabrın 18-də Manilada imzalanmışdır; inqilabi hökumətin başçısı E. Aginaldonun qərargahının yerləşdiyi Biaknabato şəhərinin adındandır. İspaniya hakimiyyət orqanları ilə danışıqlar zamanı Aginaldonun burjua-mülkədar qruplaşması müstəmləkiçilərlə kompromisə hazır olduğunu bildirərək, yalnız islahatların (filippinlilərin ispanlarla hüquq bərabərliyi, Filippinin korteslərdə təmsil edilməsi, rahib ordenlərinin fəaliyyətinin məhdudlaşdırılması və s.) keçirilməsini tələb edirdi. General-qubernator Primo de Rivera islahatlarla bağlı şifahi vəd verməklə kifayətləndi. Biaknabat müqaviləsinə görə, üsyançılar silahı yerə qoymalı, onların liderlərinə isə 800 min peso məbləğində “kompensasiya” ödənilməli idi. 1897-ci il dekabrın 16-da Aginaldo mübarizənin dayandırılması haqqında bəyanat verdi, inqilabi hökumət özünü buraxdı. İspaniya hakimiyyət orqanları Biaknabat müqaviləsinin imzalanması zamanı verdikləri vədləri yerinə yetirmədi. Bir müddət sonra (1898-ci ilin fevralından) silahlı mübarizə yenidən vüsət aldı.

Həmçinin bax

İstinadlar

  1. Harper's Pictorial History of the War with Spain, 1899, Vol. 2, New York: Harper & Brothers Publishers
  2. Nofi, A.A., 1996, The Spanish-American War, 1898, Pennsylvania: Combined Books, ISBN 0-938289-57-8
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 14. ISBN 978-9952-441-03-1.

Xarici keçdilər