Biaknabat müqaviləsi (1897) — Filippin milli azadlıq inqilabı (1896–98) zamanı filippinli üsyançıların İspaniya hakimiyyətinə qarşı silahlı mübarizəsinin dayandırılması haqqında saziş[3].
| |
Müqavilənin tipi | Sülh müqaviləsi, Amnistiya |
İmzalanma tarixi | Dekabrın 14, 1897-ci il |
İmzalanma yeri | Manila |
Tərəflər | İspaniya krallığı, Filippin Respublikası |
Noyabrın 18-də Manilada imzalanmışdır; inqilabi hökumətin başçısı E. Aginaldonun qərargahının yerləşdiyi Biaknabato şəhərinin adındandır. İspaniya hakimiyyət orqanları ilə danışıqlar zamanı Aginaldonun burjua-mülkədar qruplaşması müstəmləkiçilərlə kompromisə hazır olduğunu bildirərək, yalnız islahatların (filippinlilərin ispanlarla hüquq bərabərliyi, Filippinin korteslərdə təmsil edilməsi, rahib ordenlərinin fəaliyyətinin məhdudlaşdırılması və s.) keçirilməsini tələb edirdi. General-qubernator Primo de Rivera islahatlarla bağlı şifahi vəd verməklə kifayətləndi. Biaknabat müqaviləsinə görə, üsyançılar silahı yerə qoymalı, onların liderlərinə isə 800 min peso məbləğində “kompensasiya” ödənilməli idi. 1897-ci il dekabrın 16-da Aginaldo mübarizənin dayandırılması haqqında bəyanat verdi, inqilabi hökumət özünü buraxdı. İspaniya hakimiyyət orqanları Biaknabat müqaviləsinin imzalanması zamanı verdikləri vədləri yerinə yetirmədi. Bir müddət sonra (1898-ci ilin fevralından) silahlı mübarizə yenidən vüsət aldı.