Bihuşedici dovşandodaq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bihuşedici dovşandodaq
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Lagochilus inebrians Bunge

Bihuşedici dovşandodaq (lat. Lagochilus inebrians) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dovşandodaq cinsinə aid bitki növü.

Botaniki xarakteristikası

Çoxşaxəli yarımkol bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm-dir. Oduncaq gövdəli, sadə və ya budaqlanan, yuxarı hissəsi sıx yarpaqlı, aşağı hissəsi parlaq ağ gövdəlidir. Yarpaqlarının üzəri tükcüklərlə örtülü olub, geniş yumurtavaridir. Əsası pazşəkilli, 3-5 bölümlü, geniş yumurtavari bütövkənarlı və ya dişcikli-kənarlıdır. Aşağı yarpaqlarının uzunluğu 1,5-2 sm, yuxarısı 2,5 mm-dir. Çiçəyi oturaq, kasayarpağı möhkəm, horizontal, üçtərəfli-bizəbənzər olub, tüklüdür. Kasacığı uzunsov-zəngşəkilli, geniş qıfabənzərdir. Tacı ağ və ya solğun-çəhrayı olmaqla qəhvəyi damarlanmışdır.

Quru yerlərdə, çınqıllı yamaslarda, quru yovşanlı-taxıllı, yovşanlı-müxtəlifotlu öndağlıq bozqırlarda bitir.

Bitki çiçəkləyən zaman toplanılmalıdır. Xammalın müəyyən ərazilərdən toplanılması 2-3 ildən bir həyata keçirilir.

Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə və ya 45-500C temperaturda ventilyasiya şəraitində quruducu şkafda dərhal qurudulmalıdır.

Xammal kimi bitkinin çiçək, yarpaq, nazik gövdəsi götürülür. Zəif iyli, acı dadlıdır.

Quru ventilyasiyalı yerlərdə (stellayda) saxlanılalıdır. Saxlama müddəti 3 ildir.

Tərkibi və təsiri

Xammalın tərkibində laqoxilin spirti, efir yağı, aşı maddələri (10-14%), üzvi turşu, karotin, filloxinon, askorbin turşusu və s. vardır.

Qanaxma vəhemorragik diatezlərdə dərmandır. Tərkibində laqoxilin spirti, efir yağı, aşı maddələri (10-14%), üzvi turşular, karotin, filloxinon, askorbin turşusu və karatinoidlər vardır.

Maye və sulu ekstraktı hemorragik diatez, burun və digər qanaxmalarda tətbiq edilir.

İstinadlar

Həmçinin bax