Bihuşedici dovşandodaq (lat. Lagochilus inebrians) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dovşandodaq cinsinə aid bitki növü.
Bihuşedici dovşandodaq | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Bihuşedici dovşandodaq |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Çoxşaxəli yarımkol bitkisi olub, gövdəsinin hündürlüyü 20-50 sm-dir. Oduncaq gövdəli, sadə və ya budaqlanan, yuxarı hissəsi sıx yarpaqlı, aşağı hissəsi parlaq ağ gövdəlidir. Yarpaqlarının üzəri tükcüklərlə örtülü olub, geniş yumurtavaridir. Əsası pazşəkilli, 3-5 bölümlü, geniş yumurtavari bütövkənarlı və ya dişcikli-kənarlıdır. Aşağı yarpaqlarının uzunluğu 1,5-2 sm, yuxarısı 2,5 mm-dir. Çiçəyi oturaq, kasayarpağı möhkəm, horizontal, üçtərəfli-bizəbənzər olub, tüklüdür. Kasacığı uzunsov-zəngşəkilli, geniş qıfabənzərdir. Tacı ağ və ya solğun-çəhrayı olmaqla qəhvəyi damarlanmışdır.
Quru yerlərdə, çınqıllı yamaslarda, quru yovşanlı-taxıllı, yovşanlı-müxtəlifotlu öndağlıq bozqırlarda bitir.
Bitki çiçəkləyən zaman toplanılmalıdır. Xammalın müəyyən ərazilərdən toplanılması 2-3 ildən bir həyata keçirilir.
Toplanılmış xammal hava dəyişilən kölgə yerlərdə və ya 45-500C temperaturda ventilyasiya şəraitində quruducu şkafda dərhal qurudulmalıdır.
Xammal kimi bitkinin çiçək, yarpaq, nazik gövdəsi götürülür. Zəif iyli, acı dadlıdır.
Quru ventilyasiyalı yerlərdə (stellayda) saxlanılalıdır. Saxlama müddəti 3 ildir.
Xammalın tərkibində laqoxilin spirti, efir yağı, aşı maddələri (10-14%), üzvi turşu, karotin, filloxinon, askorbin turşusu və s. vardır.
Qanaxma vəhemorragik diatezlərdə dərmandır. Tərkibində laqoxilin spirti, efir yağı, aşı maddələri (10-14%), üzvi turşular, karotin, filloxinon, askorbin turşusu və karatinoidlər vardır.
Maye və sulu ekstraktı hemorragik diatez, burun və digər qanaxmalarda tətbiq edilir.