Boksyor

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Alman boksyoru (alm. Deutscher Boxer‎)– xidməti it cinsi. Almaniyada öküz ovlamaq və onları gücdən düşənədək təqib etmək məqsədilə yetişdirilmiş bullenbeyser cinsindən alınmışdır. 1925-ci ildə rəsmi status almışdır. Qəşəng görünüşlü, əzələli, məğrur qamətli qısatüklü itdir. Yaşlı erkəklərinin cidov hündürlüyü 57–63 sm, kütləsi 30 kq-adək olur. Enli döşü, hündür cidovu var. Alnı azacıq dəyirmi, üzü bir qədər qısa, irəli çıxmış enli çənəsi və inkişaf etmiş qalın dodaqları var. Rəngi kürəndir, bəzən ağ ləkələri olur. Sədaqətli, cəsarət lidir; asan əhliləşir. Əsasən, mühafizə üçün istifadə olunur.

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 228. ISBN 978-9952-441-03-1.