Bozbash Pictures

Vikipediya, azad ensiklopediya
(Bozbash Pictures (teleserial, 2011) səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bozbash Pictures
Janr Komediya
Sitkom
Rejissor Rövşən Ağayev
Prodüser Rza Bəbirov
Ssenari müəllifləri Ənvər Abbasov
Samid Ağayev
Baş rollarda İlkin Həsəni — Şəmistan (Şəmi)
Ramil Babayev — Şöhrət (Şöşü)
Elşən Orucov — Fəlakət
Azər Baxşəliyev — Meyxoş
Nicat Rəhimov — Şirin
İlkin Misgərli — Qılman
Operator Zaur Məmmədli
Bəstəkar Tərlan Məmmədhüseynov
İstehsalçılar İLK Media , ATV
İlk baxış tarixi 2011
Ölkələr Azərbaycan Azərbaycan
Dil Azərbaycan dili
İl 2011-2018
Rəng rəngli
Çəkiliş yeri əsasən Azərbaycan

Bozbash PicturesATV telekanalında yayımlanan komediya layihəsi. Serial əsas qəhrəmanlar Şəmi və Şöşü və onların qohumları, Fəlakət, Ağsaqqal, Şirin və Qılman doktorun sərgüzəştlərini əks etdirir. Layihə serial formatında ilk dəfə olaraq 2011-ci ildə yayımlanıb. 2014-cü ildə isə, ikinci mövsümün çıxışından sonra ölkə üzrə böyük populyarlıq qazanıb. 2018-ci ilin sonuna əsasən, Bozbash Pictures 6 mövsüm ərzində 142 seriya buraxıb.

Mövsümlər

Mövsüm İllər Seriyaların sayı
1 2011 15
2 2013-2014 41
3 2014-2015 29
4 2017 25
5 2017-2018 32

Filmin heyәti

Aktyorlar

Filmlər

Əsas serialdan əlavə, Bozbash Pictures komandası öz obrazları ilə beş film çəkib:

Əlavə layihələr

  • 2016-cı ildə, Bozbash Pictures aktyorları yeni obrazlarla Palata 106 (film, 2016) serialını çəkiblər. Lakin ilk mövsümdən sonra layihə bağlanıb.
  • 2018-ci ildə Nicat Rəhimov və İlkin Misgərli "Buğlama" adlı yeni komediya layihəsini təqdim ediblər.
  • 2018-ci ildə Ramil Babayev "Şou Şu" adlı layihəsini təqdim edir. Bu layihə Şöşu obrazının spin-off verilişi idi və bir neçə buraxılışdan sonra fəaliyyətini dayandırdı.
  • 2018-ci ildə Elşən Orucov "Fəlakət" filmini çəkdi.
  • 2019-cu ildə Ramil Babayev ikinci layihəsi "Duz komediya"nı təqdim etdi. Burada Şöşü rolunu oynadı. Elşən Orucov "Fəlidən doğru xəbər" verilişinə başladı. Veriliş Xəzər TV-də yayımlanır.

Xarici keçidlər