Elşən Orucov

Elşən Eldar oğlu Orucov (14 yanvar 1985, Bakı) — azərbaycanlı aktyor, Bozbash Pictures layihəsində canlandırdığı Fəlakət obrazı ilə tanınır. Aktyorun "Fəlidən Doğru Xəbər" adlanan verilişi, günümüzə qədər Xəzər TV kanalında yayımlanır.

Elşən Orucov
Elşən Eldar oğlu Orucov
Doğum tarixi 14 yanvar 1985(1985-01-14) (39 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Eldar Orucov
Anası Firayə Orucova
Fəaliyyəti aktyor, televiziya aparıcısı
Təhsili
İstiqamət komediya
elshanorujov.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əslən Füzuli rayonundan olan Elşən Orucov 1985-ci il yanvarın 14-də Bakı şəhərində dünyaya gəlib[1]. ADMİU-nun Teatr və kino aktyorluğu fakültəsini bitirib. 2005-ci ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır[2].

"Bozbash Pictures"də yaratdığı Fəlakət obrazının "Əla, əla", "Onu maa neçiyə verərsən?" ifadələri hər kəsin dilindədir. O, bu obrazın öhdəsindən çox məharətlə gəlməyi bacarıb və onu çoxmilyonlu xalqa sevdirə bilib[2].

2018-ci ildə öz yaratdığı obrazını, milyonlara sevdirən aktyor Elşən Orucovun təqdimatında "Fəlakət" Bədii Filmi tamaşaçılara təqdim olundu.

2018-ci ildə "Tayson" filminə dəvət aldı və həmin filmdə ciddi obrazı canlandırdı.

2019-cu ildə "Fəlidən doğru xəbər (veriliş)" adlanan verilişi ilə YouTube-da fəaliyyətə başladı, sonradan "Fəlidən doğru xəbər (veriliş)"in növbəti yayımları 2020-ci ildə Xəzər TV kanalında yayımlanmağa başladı.

TV layihələri

[redaktə | mənbəni redaktə et]
  1. Bozbash Pictures (2011–2019)
  2. Ay brilliant (film, 2015)
  3. Axırıncı yol (film, 2016)
  4. Stalinin başı (film, 2017)
  5. Palata 106 (film, 2016)
  6. Bir xalanın sirri (film, 2018)
  7. "Fəlakət" (film, 2018)
  8. "Tayson" (film, 2018)
  9. Bombaltı (film, 2019)
  10. "Fəlidən Doğru Xəbər" (2019—h.h.)

İnternet fenomenə dönüşməsi

[redaktə | mənbəni redaktə et]

Elşən Orucov ATV telekanalında gedən Bozbash Pictures verlişində 2011-ci ildən etibarən Daşqınov Fəlakət Sunami oğlu rolunda çıxış etməyə başlayıb. Daha sonra həmin verlişdə Şəmi (İlkin Həsəni) və Şöşü (Ramil Babayev) obrazlarından daha çox populyarlıq qazamağa başlayıb. Beləliklə, tez bir zamanda həm internet üzərindən həm də televiziyada fenomenə çevrilib.

Fəlakət obrazı

[redaktə | mənbəni redaktə et]

Fəlakət obrazının yaranması çox təsadüfi olub. Fəlakət obrazında ifadə edilən sözlərin hamısı Elşən Orucova məxsusdur. Bundan əvvəl, Elşən Orucov layihəyə yeni başlayanda 2011-ci ildə türk obrazını canlandırırdı. İki il bu şəkildə davam edib. Ondan sonra mədəni insan obrazını canlandırıb. Sonra müəyyən səbəblərdən, obraz dəyişdirilib. Fəlakət iki il adsız olub. Bu ad İlkin Həsənli tərəfindən verilib. 2013-cü ildə çəkilişlərin birində İlkin Şəmi obrazını yaradarkən təsadüfən Elşən Orucova Fəlakət dedi və o gündən etibarən obraz Fəlakət adlandı. Lakin ondan öncə Fəlakətə "Əla, Əla" deyirdilər.[3]

  1. "Elşən Orucovu belə təbrik etdilər. topnews.az saytı". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-15.
  2. 1 2 ""Fəlakət"in doğum günüdür. oxu.az saytı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-15.
  3. "Arxivlənmiş surət". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]