Bramsı sevirsiz? (roman)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Brahmsı sevirsiz?
Aimez-vous Brahms?
Müəllif Fransuaza Saqan
Janr roman
Orijinalın dili fransız
Ölkə
Orijinalın nəşr ili 1959
Səhifə 189

Brahmsı sevirsiz? - Fransa yazıçısı Fransuaza Saqan tərəfindən 1959-cu ildə qələmə alınmış məhəbbət romanı.

Romanlarında əsasən varlı adamların şəxsi həyatlarından bəhs edən Fransuaza Saqan bu romanında yetkin qadın və gənc oğlan arasında münasibətləri ələ alır.

Romanda Parisdə ona tez-tez xəyanət edən sevgilisi Rocer ilə yaşayan Paulanın ABŞ-lı müştərisinin gənc oğlu Filip ilə yaşadığı münasibətlərdən söz açılır. Paula bu gəncə aşiq olur, amma ağlı başına gələn Rocer Paulanı təzdən qazanmaq üçün mübarizəyə girişir.

Film

Fransuaza Saqanın bu romanı əsasında 1961-ci ildə Anotele Litvak tərəfindən çəkilmişdir. Fransa-ABŞ istehsalı olan bu ağ-qara filmin rollarında İnqrid Berqman, Yves Montand və Antoni Perkins oynamışdılar. Filmin musiqisini Corc Auris bəstələmişdir

1961-ci ildə film Kann Film Festivalında ən yaxşı filmə namizəd olmuş və aktyor Antoni Perkins ən yaxşı aktyor seçilmişdir.

Xarici keçidlər