Fransız

FransızlarFransanın əsas əhalisi, millət. ABŞKanadada, həmçinin keçmişdə Fransanın müstəmləkə və dominionu olmuş ölkələrdə də yaşayırlar. Fransız dilində danışırlar, dindarlarının əksəriyyəti katolikdir.

Fransızlar


Viktor Hüqo, Blez Paskal, Fransua Olland, I Xlodviq, Janna d'Ark, Kardinal Rişelye, Napoleon Bonapart, Zinəddin Zidan, İndila
Ümumi sayı
110 000 000
Yaşadığı ərazilər
Fransa Fransa 66 000 000
ABŞ ABŞ 11.800.000
Kanada Kanada 10.400.000
Argentina Argentina 6 800 000
Belçika Belçika 6 200 000
İngiltərə İngiltərə 3 000 000
Braziliya Braziliya 1 000 000
Çili Çili 700 000
Almaniya Almaniya 300 000
İtaliya İtaliya 250 000
Avstraliya Avstraliya 118 000
İspaniya İspaniya 92 000
Əlcəzair Əlcəzair 32 000
Dili

Fransız dili, Oksitan dili, Katalan dili, German dilləri, Bröton dili, Bask dili

Dini

əsasən: xristianlıq · İslam
Ateizm · Aqnostisizm · Deizm
azlıq : Protestantlıq · Buddizm · İudaizm.

Qohum xalqlar

keltlər, franklar

Fransanın formalaşmasında keltlər (qallar, e.ə. 1-ci minilliyin ortaları), romalılar (e.ə. 3–1 əsrlər), sonralar vestqotlar, burqundlar, franklar və b. iştirak etmişdir. 6-cı əsrdə Qalliyada vestqotlar və burqundlar öz krallıqlarını, franklar isə Frank dövlətini yaratdılar. 9-cu əsrdə Karolinqlər imperiyası parçalandığı zaman frank sözü həm ölkənin, həm də xalqın adında və dilində qalmışdı. Vahid fransız xalqı və dili təqr. 12–14-cü əsrlərdə formalaşmışdır. Böyük Fransa inqilabı fransız millətinin təşəkkülündə həlledici rol oynamışdır.