Buş böyürtkəni

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Buş böyürtkəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Buş böyürtkəni (lat. Rubus bushii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.

Ümumi yayılması

Qafqazın hər yerində və Türkiyədə təbii arealı vardır.

Azərbaycanda yayılması

Quba, Qusar rayonları ərazilərində rast gəlinir.

Statusu

Azərbaycanın nadir bitki növüdür. NT.

Bitdiyi yer

Meşənin yuxarı hissəsi, subalp çəmənliyi fıstıq meşəliyində dərəli və qayalı açıq yerlərdə bitir.

Təbii ehtiyatı

Azərbaycanda arealı çox geniş deyildir.

Bioloji xüsusiyyətləri

Hündürlüyü 1 m-ə çatan кoldur. Torpağa az tələbkar və işıqsevəndir. Budaqları düz yönəlmiş, silindrvarı, cavan budaqların üzəri tündqırmızıya çalan bozumtul ləkəli və seyrək, qısatüklü, tək-tək qırmızı tikanlıdır. Bir kökdən bir neçə dikdayanan gövdə çıxır. Gövdəsi seyrək tükcüklü olmaqla pas rəngli ləkəlidir. Yarpaqları 3–5 yarpaqcıqdan ibarət olub, uzun saplaqlıdır. Çiçəkləri qısa saplaqlı, ləçəkləri ağ rənglidir. Meyvəsi şirin turşməzə və şirəli, qırmızımtıl rənglidir. Yuxarı dağ zonasında meyvəsinin yetişməsi sentyabr ayına təsadüf edir. May iyun aylarında çiçəkləyir və iyul-avqust aylarında meyvəsi yetişir.

Çохalması

Təbiətdə generativ və vegetativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

Mədəni halda Nəbatat bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri

Azərbaycanın "Qırmızı Kitabı"na daхil edilməsi zəruridir.

İstinadlar

Həmçinin bax