Cırtdan TV

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Cırtdan.TV 2013-cü ildə fəaliyyətə başlamışdır[1]. Azərbaycanda uşaqlar və gənc analar üçün nəzərdə tutulmuş video arxivli ilk veb saytdır (www.cirtdan.tv) . Cırtdan TV veb lahiyəsi Azərbaycan dilində cizgi filmlərinin sayına görə Azərbaycanda ən böyük saytdır. Saytda 100-dən çox Azərbaycan dilində dublyaj olunmuş cizgi filmi var. Həmçinin rus dilində və türk dilində cizgi filmləri və ailəvi filmlər mövcuddur. Saytın Ailəvi Filmlər bölümündə 60-dan çox Azərbaycan dilinə dublyaj olunmuş filmlər yerləşdirilmişdir. Seriallar, Video dərslər və Video/Foto Arxiv kimi bölümləri də vardır. Analar üçün geniş bloggerlə bölümündə 2016-cı ildən etibarən Mərkəzi Gömrük Xəstəxanasının Baş Genekoloqu Uzman Doktor Hakan Tanrıverdi mütəmadı olaraq həftəlik məqalələrini dərc elətdirməyə başlamışdır.

2013-cü Bakutel sərgisinin iştirakçısı olmuşdur.

2014-cü ildə Cırtdan TV-nın sahibi İlkin Haqverdiyev(İlkin Hakhverdiyev) Azərbaycan Respublikasi Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev ilə görüş nəticəsində təşəkkürnamə almışdır.[2]

2014-cü ildə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev ilə görüş nəticəsində ANS-in dublyaj etdiyi cizgi filmləri rəsmən saytda yerləşdirməyə icazə verilib.

2015-ci ildən etibarən Rabitə və İnformasiya Texnoloqiyalari Nazirliyinin nəzdində olan Yüksək Texnologiyalar Parkının (High Tech Park) daimi rezidentidir.

2017-ci ildə Skolkovanın təşkilatçılığı ilə olan "Open İnnovations STARTUP TOUR" Bakunun iştirakçısı və finalçısı olmuşdur.[3]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. "Arxivlənmiş surət". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-13. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "Стартап-тур в Баку выявил большой потенциал IT-технологий Азербайджана". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)

Həmçinin bax

Xarici keçidlər