Yüksək Texnologiyalar Parkı MMC — innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazi.[1]
Yüksək Texnologiyalar Parkı Məhdud Məsuliyyətli Cəmiyyəti | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 5 noyabr 2012 |
Bağlanma tarixi | 6 noyabr 2018 |
Baş qərargahın yeri | Bakı, Azərbaycan |
hightech.az |
Yüksək Texnologiyalar Parkı — "YTP" Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Fərmanı əsasında yaradılmışdır.[2] "YTP"-nin fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Yüksək Texnologiyalar Parkı — "YTP" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Bakı şəhəri, Pirallahı rayonunda 50 ha torpaq sahəsi Cəmiyyətə ayrılmışdır.
"Yüksək Texnologiyalar Parkı" innovasiyalı iqtisadiyyatın inkişafına, biliklərə əsaslanan iqtisadiyyatın qurulmasına, intellektual biznesin dəstəklənməsinə, iqtisadiyyatımızın və xüsusilə, İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasına, idxal olunan məhsulların yerli istehsal hesabına təmin olunması və ixracın təşviq edilməsinə, xarici investisiyaların cəlb edilməsinə, menecment bazasının yaradılmasına və insan resurslarının inkişafına öz töhfəsini verir.[3]
Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasının başlanğıcı oldu.[4] "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkə həyatının bütün sahələrində, o cümlədən İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə ehtiva edir.[5] Eyni zamanda Azərbaycanda "Qara qızılın" insan kapitalına çevrilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.[6] Bu baxımdan, "Yüksək Texnologiyalar Parkı"nın əsas məqsədi İKT sektoru üzrə elm və istehsal sahələri arasında bir körpü yaratmaqdır.[3]
Texnoparkın fəaliyyətinin təşkili, idarə olunması və inkişaf etdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə, texnoparkın əsasnaməsinə və inkişaf konsepsiyasına uyğun olaraq idarəedici təşkilat tərəfindən həyata keçirilir.[7]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi yaradılıb.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |