Cənub qaz-kondensant yatağı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Doldurulmamış göstərici "Ölkə"

Cənub qaz-kondensant yatağıXəzər dənizinin Azərbaycan sektorunda, Abşeron arxipelaqı neftli-qazlı rayonunda qaz-kondensat yatağı.[1]

Tarixi

Cənub strukturu 194550-ci illərdə aparılmış seysmik kəşfiyyat işləri nəticəsində müəyyən edilmişdir. Struktur Darvin sayı – Pirallahı adası– Gürgan-dəniz antiklinal zonanın cənub-şərq davamında yerləşir və ondan geniş yəhərlə ayrılır.[1]

Layihə

Bakı şəhəridən 60 km şərqdə, Çilov adasından 5 km cənubda yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 8–20 m arasında dəyişir. Strukturun cənub-qərb qanadının yatma bucağı 18°, şimal-şərq qanadınınkı isə 10°-dir. Sahədə axtarış-kəşfiyyat qazıma işlərinə 1951-ci ildə başlanmışdır. Yataq 1962-ci ildə açılmış (quyu № 2; Qırmakialtı lay dəstəsi; 450–500 m3/gün qaz, 45–50 t/gün kondensat) və 1964-cü ildə işlənməyə verilmişdir. Yatağın kəsilişində Məhsuldar qatın Qırmakialtı, Qırmaki, Qırmaki -üstü qumlu və Balaxanı lay dəstələrinin VI və V horizontlarının qazlılığı müəyyən edilmişdir. Kollektorların məsaməliliyi 10%, keçiriciliyi 0,05 mkm2-dir. Qazın xüsusi şəkisi 0,60 q/sm3-dir; tərkibi əsasən metan (94–96%), az miqdarda etan, propan, butan və karbon (CO2) qazından ibarətdir. İşlənmənin əvvəlindən 1.1.2011 tarixinədək cəmi 12 mlrd. m³ qaz və 1,0 mln. t kondensat hasil edilmişdir.[1]  

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 Cənub qaz-kondensant yatağı// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 281. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.