Mahmud Kərim oğlu Kərimov (18 oktyabr 1948, İrəvan – 10 fevral 2013, İstanbul) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2001–2013).
Mahmud Kərimov | |
---|---|
Mahmud Kərim oğlu Kərimov | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Türkiyə |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | Fizika |
Elmi dərəcəsi | Fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | akademik |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Mahmud Kərimov 18 oktyabr 1948-ci ildə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Yarımkeçicilər və dielektriklər fizikası ixtisası (01.04.10) üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.[1]
Mahmud Kərimov həmçinin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib[2].
Akademik Mahmud Kərimov Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb.
Mahmud Kərimov 10 fevral 2013-cü ildə Türkiyə klinikalarından birində gecə saatlarında ürək tutmasından dünyasını dəyişib[3].
Akademik I Fəxri Xiyabanda torpağa tapşırılıb.
Evli idi, oğlu və qızı var.
M. Kərimov radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynayıb, onun elmi tədqiqatlarının başlıca istiqaməti dielektriklər fizikası ilə bağlı olub[2].
O, radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də elmi tədqiqatlar aparıb. Onun uzun müddət rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru Akademiyanın nüfuzlu institutlarından birinə çevrilərək, beynəlxalq aləmdə sanballı elmi qurum kimi qəbul olunub.
M. Kərimov Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işbirliyi quraraq radiasiya tədqiqatları ilə bağlı bir neçə layihədə respublika alimlərinin fəal iştirakını təmin edib. O, həmçinin MDB ölkələri və türkdilli dövlətlərin atom enerjisindən sülh məqsədilə istifadəsi üzrə komissiyalarının üzvü olub.
Akademik M. Kərimovun araşdırmalarının nəticələri Azərbaycanda və xaricdə nəşr edilmiş 200-ə yaxın elmi əsərdə öz əksini tapıb. Onun elmi yenilikləri çoxsaylı patent və müəlliflik şəhadətnamələri alıb.
Milli Elmlər Akademiyasının prezidenti kimi Azərbaycan elminin beynəlxalq elm infrastrukturlarına sürətlə inteqrasiya olunmasına, xarici ölkələrlə əlaqələrini xeyli genişlənməsinə xidmət edib. Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının sədri kimi o, dövlət qurumları və ali təhsil müəssisələrində elmi-tədqiqat proseslərinin effektiv koordinasiya edilməsi və əlaqələndirilməsi prosesinə də öz töhfələrini verib[2].
Molekulyar informasiya çeviriciləri fizikası sahəsində ilk dəfə olaraq yüksək molekulyar sistemlərdə güclü elektrik sahəsinin təsiri ilə baş verən elementar elektron və molekulyar proseslər tədqiq edilmiş və materialların xassələrinin elektrik sahəsi ilə idarə edilməsi, makromolekulların informasiya yaddaşı və çevrilməsi mexanizmləri aydınlaşdırılmışdır. Şüalanma və elektrik boşalma plazmasının təsirləri ilə oksid dielektriklərdə nöqtəvi deffektlərin yaranma mexanizmi və kinetikasını tədqiq etmiş, suyun radiasiya və plazma katalik parçalanması proseslərində şüalanma enerjisinin kimyəvi enerjiyə çevrilməsi, sudan hidrogenin alınması üçün səmərəli üsullar təklif etmişdir. M. Kərimovun son illirdə apardığı tədqiqatlar nəticəsində molekulyar yarımkeçiricilərdə paramaqnitizm ilə elektrik keçiriciliyinin qarşılıqlı əlaqəsi aşkar edilməsinə həsr olunmuş elektrik keçiriciliyində spin-maqnit effektləri, maqnitorezonans keçiriciliyində isə ifrat incə quruluş aşkar edilmişdir.