Cənubi Afika İttifaqı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Cənubi Afrika İttifaqıCənubi Afrika Respublikasının 1910–1961-ci illərdə adı.

Tarixi

1910-cu ildə Cənubi Afrika ərazisindəki ingilis müstəmləkələrinin (Kap koloniyası, Natal, Narıncı Çay və Transvaal ərazilərinin) birləşdirilməsi nəticəsində Böyuk Britaniyanın dominionu kimi Cənubi Afrika İttifaqı təşkil olundu. 1931-ci il 11 dekabrda Afrika İttifaqı, Hyufaundlend, Kanada, Avstraliya, Yeni Zellandiyaİrlandiya ilə birlikdə Britaniya dominionlarının müstəqil assosiasiyası olan Millətlər Birliyində müstəqil dövlət oldu. İkici Dünya müharibəsi (1939–1945) zamanı Cənubi Afrika İttifaqı Almaniyaya (1939), İtaliyaya (11 iyun 1940) və Yaponiyaya (8 dekabr 1941) müharibə elan etdi. 1942-ci ildə SSRİ ilə konsulluq əlaqələri yaradıldı.(1956-cı ildə kəsilmişdi). Müharibədən sonra ABŞ İngiltərənin zəifləməsindən istifadə edərək Cənubi Afrika İttifaqının iqtisadiyyatında üstün mövqe tutdu. 1948-ci ildə millətçi partiya hakimiyyətə gəldikdən sonra Cənubi Afrika İttifaqı hökuməti aparteid və irqçilik siyasəti yeriməyə başladı. 31 may 1961-ci ildə Cənubi Afrika İttifaqı hökuməti Millətlər Birliyindən çıxdığını və Cənubi Afrika Respublikasının yaradıldığını elan etdi.

Mənbə

  • Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987, səh.423–424.
  • Советский Энсиклопедический словарь. М.1989, C.1587.