Cahid Zərifoğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əbdürrəhman Cahid Zərifoğlu
türk. Cahit Zarifoğlu
Doğum tarixi
Doğum yeri Ankara
Vəfat tarixi (39 yaşında)
Vəfat yeri İstanbul,Türkiyə
Vəfat səbəbi Ağciyər xərçəngi
Vətəndaşlığı Türkiyə Türkiyə
Milliyyəti Türk
Təhsili
Fəaliyyəti Şair, yazıçı
Əsərlərinin dili türkcə
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdürrəhman Cahid Zərifoğlu (1 iyul 1940, Ankara7 iyun 1987, İstanbul[1] [2] İstanbul) — Türk şairi və yazıçısı.

Həyat və yaradıcılığı

Uşaqlığı Siverek, Maraş və Ankarada keçib. İstanbul Universitetinin ədəbiyyat fakültəsinin alman dili və ədəbiyyatı ixtisasını bitirib. "Diriliş" dərgisində şeirləri çap olunub. Ərvasilərdən Seyyid Qasım Ərvasinin qızı Bərat Xanımla evlənib və bu evlilikdən üç qızı, bir oğlu dünyaya gəlib. Nikahında şahidliyi Nəcib Fazil Qısakürək edib. 1973-cü ildə Sarıqamışda hərbi xidmətə başlamış, 1974-cü ildə Kipr Sülh Hərəkatına qatılmış və 1975-ci ildə hərbi xidməti bitirmişdir.[3] 1976-cı ildə "Mavera" dərgisində redaktorluq edib. 7 iyun 1987-ci ildə ağciyər xərçəngindən İstanbulda vəfat edib. Məzarı Üsküdar Bəylərbəyindəki Küplücə məzarlığında , qayınatası Qasım Ərvasinin məzarının yanındadır. Hər il 7 iyunda sevənləri tərəfindən məzarı başında yad edilir.

2003-cü ildən bəri hər il, ölüm il dönümünə yaxın "Cahid Zərifoğlu" mükafatı verilir. Adına məktəb və liseylər var.

Şeirlər

İşarət uşaqları

Yeddi gözəl adam

Mənzillər

Qorxu və yalvarış

Hekayələr

Məhəllə davası

Uşaq hekayələri

Sərçəquş

Qatıraslan

Ağacdələnlər

Ürəkbaba ilə padşah

Balaca şahzadə

Dərya

Quşların dili

Motorlu quş

Uşaq şeirləri

Gülüş

Roman

Savaş ritimləri

Ana

İstinadlar

  1. Zarifoğlu 25'inci ölüm yıl dönümünde anılacak. . Haber7.com. 6 iyun 2012 http://www.haber7.com/kultur/haber/887566-zarifoglu-25inci-olum-yil-donumunde-anilacak (#bare_url_missing_title). 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2019.
  2. Cahit Zarifoğlu üçüncü askeri müdahalede öldü.. "Mustafa Yürekli" (türk. ). haber7.com. 8 iyun 2009. Archived from the original on 2019-11-12. İstifadə tarixi: 12 noyabr 2019.
  3. Elif Tunca. "zaman.com". 13 noyabr 2019. Archived from the original on 2016-04-27. İstifadə tarixi: 8 iyun 2004.