Nəcib Fazil Qısakürək (26 may 1904, İstanbul – 25 may 1983[1], İstanbul) — müasir türk mütəfəkkiri, şair və yazıçısı.
Nəcib Fazil Qısakürək | |
---|---|
türk. Necip Fazıl Kısakürek | |
Doğum tarixi | 26 may 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 25 may 1983[1] (78 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, filosof |
Vikianbarda əlaqəli mediafayllar |
Nəcib Fazilin uşaqlığı məhkəmə rəisi vəzifəsindən təqaüdə çıxmış atasına məxsus İstanbulun Çəmbərlidaş məhəlləsindəki evində keçmişdir. İbtidai və orta təhsilini Amerikan və Fransiz kollecləri ilə "Bəhriyyə" məktəbində (Hərbi Dəniz Litseyi) almışdır. Onun litseydəki müəllimləri arasında dövrün məşhur adamlarından olan Yəhya Kamal, Əhməd Həmdi (Aksəki), İbrahim Aşkı kimi söz ustadları var idi. N.F.Qısakürək İstanbul Universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə bölümünü bitirdikdən (1924) sonra Fransaya göndərilmiş, Sorbonna universitetinin fəlsəfə fakültəsində təhsil almışdır (1924–25).
Türkiyəyə qayıdandan sonra "Hollandiya", "Osmanlı" və "İş" banklarında müfəttiş və mühasibat şöbəsinin müdiri vəzifələrində işləmişdir. (1928–1939). Sonra "Fransız okulu"nda, "Robert kolleci"ndə, İstanbul İncəsənət Akademiyasında, Ankara Dövlət Konservatoriyasında, Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində müəllimlik etmişdir (1939–1943).
Şairliyə 17 yaşında ikən, anasının arzusu ilə başlamış, ilk şerlərini "Yeni Məcmuə"də dərc etdirmişdir (1922). "Yeni Məcmuə" və "Yeni həyat " jurnallarında dərc olunan şeirləri ilə ictimaiyyətın diqqətini cəlb etmiş və ona qarşı böyük maraq oyanmışdır.
Parisdən qayıtdıqdan sonra nəşr etdirdiyi "Hörümçək toru" ("Örümcek Ağı", 1925) və "Səkilər" (bu şeri çox məşhur olduğu üçün ona bəzən "Səkilər şairi" (türkcə "Kaldırımlar şairi") də deyirlər) ("Kaldırımlar", 1928) adlı şeir kitabları onu çox gənc yaşda dünyaya tanıdır. Hələ otuz yaşı tamam olmamış nəşr etdirdiyi "Mən və ötəsi" (1932) kitabı ilə isə bu şöhrəti daha da artır.
Şöhrətinin zirvəsində ikən fəlsəfi axtarışlarını davam etdirib içində yeni bir dövrün doğum sancısını hiss edən Nəcib Fazıl üçün 1934-cü il həqiqətən də həyatının yeni bir dövrünə başlanğıc olar. Dərbədər həyatının ən tünd rəngiylə yaşadığı günlərdə Bəyoğlu Ağa Məscidində vəz verməkdə olan Abdülhakim Arvasi ilə tanış olar və bir daha ondan qopa bilməz.
Nəcib Fazılın az qala bütün həyat fəlsəfəsinin əks olunduğu dram əsərlərini bir-birinin ardınca ədəbiyyatımıza qazandırması da bu dövrə təsadüf edir. "Toxum", "Pul", "Bir Adam Yaratmaq", "Rəis bəy" kimi pyesləri böyük əks-sədaya səbəb olur. Bu əsərlərdən "Bir Adam Yaratmaq" türk dramaturgiyasının əsasını təşkil edir.
Nəcib Fazılın şairliyi və oyun yazıçılığı qədər əhəmiyyətli istiqaməti, çıxardığı jurnallarla düşüncə həyatımıza qatdığı zənginlik və bu jurnallarda çıxan yazılarla davam etdirdiyi mübarizədir. Həftəlik Ağac jurnalı (1936,17 ədəd) dövrün məşhur ədəbiyyatçılarının toplandığı bir məktəb olmuşdur. Böyük Şərq jurnalında çıxan yazılarıyla İsmət Paşa və tək partiya (CHP) rəhbərliyinə şiddətli bir müxalifət davam etdirməsi nəticəsinde haqqında açılan çox sayda iddiada yüzlərlə il həbsi istəndi. 163. maddəyə zidd olan yazıları və bəzən də tapılan bəhanələrlə bir neçə ildə bir həbsə məhkum oldu. Cinnət Mustatili adlı əsərində həbsxana xatirələri yer alır.
Tez-tez bağlanılan və müxtəlif bəhanələrlə yığdırılan Böyük Şərqin çıxmadığı müddətlərdə gündəlik lətifə və müxtəlif yazılarını Yeni İstanbul, Son Məktub, Babıalide Səhər, Bu gün, Milli Qəzet, Hər gün və Tərcüməçi qəzetlərində nümayiş olundu. Böyük Şərqdə çıxan yazılarında öz imzası xaricində Adıdeğmez, Mürid, Əhməd Abdülbaki kimi təxəllüslərden istifadə etdi. 1962-ci ildən etibarən də az qala bütün Anadolu şəhərlərində verdiyi konferanslarla böyük əlaqə yığdı. Başda İdeoloqa Hörgüsü (1959) olmaq üzrə düşüncə əsərləriylə mədəniyyət həyatımıza verdiyi böyük xidmət, digər bütün istiqamətlərini belə geridə buraxacaq üstünlükdədir.
1975-ci ildə onun anadan olmasının 50 illiyi Türkiyə Böyük Millət Məclisində qeyd edilir. Nəcib Fazil 1980-ci ildə Mədəniyyət Nazirliyinin "Böyük Mükafat"ına, "İman və İslam atlası" adlı əsərinə görə fikir əsəri kimi "Milli Kültür Vəqfi mükafatı"na (1981), Türkiyə Yazıçılar Birliyinin "Ali Xidmət mükafatı"na (1982) layiq görülmüşdür. Türk Ədəbiyyatı Vəqfi tərəfindən 1980-ci ildə "Sultan-üs Şüara" (Şairlər Sultanı) Fəxri adını almışdır. Əsərlərinin bir qismi Azərbaycanda da nəşr edilmişdir.
Nəcib Fazıl Kısakürək 1983-cü ilin mayın 25-də (doğulduğu gün) vəfat etmişdir.
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |