Ceyda Sunqur

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ceyda Sunqur
Digər adı Kırmızılı Kadın
Doğum tarixi 1986
Fəaliyyəti universitet müəllimi[d], aktivist, dosent

Ceyda Sunqur (türk. Ceyda Sungur) və ya Qırmızılı qadın (azərb. Kırmızılı Kadın‎; 1986) — Türkiyə akademiki və aktivisti.[1]

Həyatı

1986-cı ildə anadan olmuşdur. Şəhərsalma üzrə bakalavr təhsilini başa vurduqdan sonra İstanbul Texniki Universitetində elmi işçi kimi fəaliyyətə başlamışdır.[2]

2013-cü ilin may ayında İstanbulda Gəzi parkı etirazlarında etirazçı və könüllü ilk yardımçı kimi iştirak etmişdir.[3] Nümayişlər zamanı Fateh Zəngin adlı polis məmuru tərəfindən hücuma məruz qalmışdır. "Reuters"in fotojurnalisti Osman Örsal Sunqurun polis zorakılığına məruz qaldığı anı çəkərkən həm Türkiyə, həm də beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurmuşdu. Ardınca o, etirazların simvoluna çevrilmişdir.[4] Zəngin prokurorlar tərəfindən məhkəməyə verilmiş, onun mülki şəxslərə qarşı qeyri-mütənasib güc tətbiq etdiyi üçün qəsdən üç il həbs cəzası tələb olunmuşdur.[5] Sunqur məhkəmədə bildirmişdir ki, "təqsirləndirilən şəxsin silahı olsaydı, o, Ethem Sarısülükü öldürən başqa bir polis kimi məni öldürərdi".[6] Bir ildən sonra məhkəmə yekunlaşmış, Zəngin yaxın məsafədən gözyaşardıcı qaz vurduğuna və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 600 fidan əkməyə məhkum edilmişdir.[7] Üstəlik, Sunqura qarşı "ictimaiyyəti qanuna tabe olmamağa təhrik etmək" ittihamı ilə açılan başqa bir iddia da rədd edilmişdir.[8]

İstinadlar

  1. Vale, Paul. "Turkey Uprising: Ceyda Sungur, 'Woman In Red', Becomes Iconic Image For Activists" (ingilis). The Huffington Post UK. 5 June 2013. 15 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2022.
  2. "Kırmızılı Kadın konuştu" (türk). Milliyet. 10 June 2013. İstifadə tarixi: 22 April 2022.
  3. Sherlock, Ruth. "Lady in the Red Dress and her dream of a Turkish rebirth" (ingilis). The Daily Telegraph. 8 June 2013. 29 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2022.
  4. Korkmaz, Emre Eren. "The June uprising in Turkey". SEER: Journal for Labour and Social Affairs in Eastern Europe. 16 (3). 2013: 326. doi:10.5771/1435-2869-2013-3-325. ISSN 1435-2869. JSTOR 43293531. 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-25.
  5. "Turkey: Jail sought over 'woman in red' police case". BBC News (ingilis). 2014-01-16. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
  6. "Şehir Plancısı Ceyda Sungur Polis Şiddetinin Peşini Bırakmıyor". Politeknik (türk). 12 December 2014. 15 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 April 2022.
  7. "Turkish policeman sentenced to plant trees for teargas attack on woman in red". the Guardian (ingilis). Reuters. 2015-06-10. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
  8. ""Kırmızılı Kadın" Ceyda Sungur İfade Verdi" (türk). Milliyet. 13 May 2014. İstifadə tarixi: 22 April 2022.