Ceyda Sunqur (türk. Ceyda Sungur) və ya Qırmızılı qadın (azərb. Kırmızılı Kadın; 1986) — Türkiyə akademiki və aktivisti.[1]
Ceyda Sunqur | |
---|---|
Digər adı | Kırmızılı Kadın |
Doğum tarixi | 1986 |
Fəaliyyəti | universitet müəllimi[d], aktivist, dosent |
1986-cı ildə anadan olmuşdur. Şəhərsalma üzrə bakalavr təhsilini başa vurduqdan sonra İstanbul Texniki Universitetində elmi işçi kimi fəaliyyətə başlamışdır.[2]
2013-cü ilin may ayında İstanbulda Gəzi parkı etirazlarında etirazçı və könüllü ilk yardımçı kimi iştirak etmişdir.[3] Nümayişlər zamanı Fateh Zəngin adlı polis məmuru tərəfindən hücuma məruz qalmışdır. "Reuters"in fotojurnalisti Osman Örsal Sunqurun polis zorakılığına məruz qaldığı anı çəkərkən həm Türkiyə, həm də beynəlxalq ictimaiyyətdə böyük əks-səda doğurmuşdu. Ardınca o, etirazların simvoluna çevrilmişdir.[4] Zəngin prokurorlar tərəfindən məhkəməyə verilmiş, onun mülki şəxslərə qarşı qeyri-mütənasib güc tətbiq etdiyi üçün qəsdən üç il həbs cəzası tələb olunmuşdur.[5] Sunqur məhkəmədə bildirmişdir ki, "təqsirləndirilən şəxsin silahı olsaydı, o, Ethem Sarısülükü öldürən başqa bir polis kimi məni öldürərdi".[6] Bir ildən sonra məhkəmə yekunlaşmış, Zəngin yaxın məsafədən gözyaşardıcı qaz vurduğuna və vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə 600 fidan əkməyə məhkum edilmişdir.[7] Üstəlik, Sunqura qarşı "ictimaiyyəti qanuna tabe olmamağa təhrik etmək" ittihamı ilə açılan başqa bir iddia da rədd edilmişdir.[8]