Ceyms Cerom Gibson

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ceyms Cerom Gibson
Doğum tarixi 27 yanvar 1904(1904-01-27)[1]
Doğum yeri
Vəfat tarixi 11 dekabr 1979(1979-12-11)[1] (75 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Elm sahələri psixologiya
Təhsili
Üzvlüyü

Ceyms Cerom Gibson (ing. James Jerome Gibson) 27 yanvar 1904[1], Mak-Konnelsvill[d], Ohayo11 dekabr 1979[1], İtaka[d], Nyu-York ştatı – ABŞ psixoloqu və filosofu.

Fəaliyyəti

1928–1949-cu illərdə Smitt kollecində, 1949–1972-ci illərdə Kornell universitetində dərs demişdir. Daha çox realizmə bağlılığı və görmə qavrayışı sahəsində eksperimental tədqiqatları ilə tanınmışdır. "Görülən dünyanı qavrama" (1950) əsərində göstərirdi ki, qavrayış beyində assosiasiyalarla, yaxud informasiyanın emalı ilə şərtlənmir, bilavasitə baş verir. O sübut edirdi ki, dünyanın vəziyyətini müəyyən edən informasiya axtarışı prosesində konkret fərdin dinamik dünyasını araşdırmaq lazımdır. Bu müddəanı "Duyğu orqanları qavrayış sistemi kimi" (1966), "Görmə qavrayışına ekoloji yanaşma" (1979) əsərlərində inkişaf etdirmişdir. Gibsonun ardıcılları Beynəlxalq ekoloji psixologiya cəmiyyətini yaratmışdılar.

İstinadlar

  1. 1 2 3 4 The Fine Art Archive. 2003.