Ceyms Krilman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ceyms Krilman
Doğum tarixi 12 noyabr 1859(1859-11-12)[1]
Doğum yeri
Vəfat tarixi 12 fevral 1915(1915-02-12)[1] (55 yaşında)
Vəfat yeri
Fəaliyyəti jurnalist
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Krilman (ing. James Creelman; 12 noyabr 1859[1], Monreal, Kvebek12 fevral 1915[1], Berlin) – ABŞKanada müxbiri.[2] Sarı jurnalistikanın nümayəndələrindən biri olmuşdur.

Həyatı

Ceyms Krilman 1859-cu ildə Monreal şəhərində doğulmuş, 1872-ci ildə Nyu-York şəhərinə köçmüşdür.[2] Burada "Brooklyn Eagle""New York Herald" kimi bir neçə qəzetdə işləmişdir.[2] Krilman sarı jurnalist hesab olunurdu, müsahibələrinə və məqalələrinə öz şərhlərini əlavə edirdi.[2] 1894-cü ildə Yaponiya ordusunu müşayiət edərək "New York World" qəzetində Yaponiya-Çin müharibəsini işıqlandırmışdır.[2]

1898-ci ildə Vilyam Rendolf Herst Kuba müstəqillik müharibəsini "New York Journal" qəzetində işıqlandırması üçün onu müxbir kimi tutmuşdur.[2] Krilman Kubanın tərəfini dəstəkləmiş, İspaniyaya məxsus bir blokhauzu ələ keçirmək üçün ABŞ əsgərlərinə kömək etmişdir.[2] Krilman döyüş zamanı yaralanmışdır.[2]

Krilman "New York Journal" üçün yazmağa davam etmiş, 1906-cı ildə dövlət qulluqçusu olmuşdur.[2] Birinci dünya müharibəsini işıqlandırmaq üçün "New York Journal" qəzetinə qayıtmışdır.[2] 1915-ci ildəki ölümünə qədər müxbirlik etməyə davam etmişdir.[2]

Əsərləri

  • "On the Great Highway: The Wanderings and Adventures of a Special Correspondent" (1901, "Böyük yol üzərində: Xüsusi müxbirin səyahətləri və macəraları")

İstinadlar

  1. 1 2 3 4 James Creelman // SNAC (ing.). 2010.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 The Encyclopedia of New York City

Ədəbiyyat

  • Kenneth, Jackson. The Encyclopedia of New York City (II). Nyu-York: Yale University Press. 2010. 328. ISBN 978-0300114652. İstifadə tarixi: 14 sentyabr 2022.