Yaponiya-Çin müharibəsi (1894-1895)

Yaponiya-Çin müharibəsiKoreyada hökmranlığı almaq[1]Çinə soxulmaq məqsədilə Yaponiyanın başlatdığı müharibə.

Yaponiya–Çin müharibəsi
日清戦争
甲午战争
청일 전쟁
Tarix 17 aprel 1895
Yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müharibəni Yaponiya 1894 il iyulun 25-də başlamışdır (rəsmi olaraq avqustun 1-də elan edilmişdir). Yapon ordu və donanmasının üstünlüyü, Çin feodal dövlətinin texniki-iqtisadi geriliyi, ordu rəhbərliyinin nöqsanları Çinin məğlubiyyətinə səbəb oldu.

Müharibə zamanı ABŞ və İngiltərə Yaponiyaya yardım göstərirdi.

Yaponiya-Çin müharibəsi Şimonoseki müqaviləsinin (1895) imzalanması ilə başa çatmışdır. Müharibə Çinin bölüşdürülməsi və maliyyə çəhətdən əsarətə alınmasının başlanğıçını qoydu.

Yaponiya coğrafi cəhətdən özünə yaxın olan Koreyanı "təhlükə ocağı" kimi görürdü. Yapon siyasətinin məqsədi avropalıların Koreya üzərindəki təsirini azaltmaq və mümkün olduqda Koreyanı nəzarət altına almaq idi. 1876-ci ildə böyük siyasi təzyiq nəticəsində Koreya Yaponiya ilə öz izolasiyasına son qoyan və ticari əlaqələrə icazə verən müqavilə imzalayır. Bu müqavilədən sonra on illərlə Çin və Yaponiya arasında Koreya uğrunda mübarizə başlayıb.1884-cü ildə Yapon modernizasiyasından ilhamlanaraq və Yaponiyanın birbaşa yardımı ilə Koreyda çevrilişə cəhd edildi. Məqsəd Koreyada Yaponiyada olduğu kimi reformalar həyata keçirmək idi.Üsyan 3 gün sonra Seulda Çinlilər tərəfindən yatırıldı. Döyüşlər ərzində Yapon səfirliyi yandırılmış və 40 əsgər  öldürülmüşdür. Bu hadisələr Yaponiya və Çini irimiqyaslı müharibəyə yönəldə bilərdi, lakin 1885ci ildə Tanzin sülh müqaviləsinin imzalanması ilə bunun qarşısı alındı. Müqaviləyə əsasən həm Çin həm Yapon ordusu Koreyadan çıxarıldı. Koreya isə Yaponiya və Çinin birgə idarəsi altında qalırdı.

1894 cü ildə Koreya hökumətinin xahişi ilə Çin Koreyaya ordu yeritdi. Məqsəd Tonxak dini cərəyanı davamçılarının qaldırdığı üsyanı yatırmaq idi. Çin əsgərlərinin Seula yaxınlaşması ilə üsyançılar çəkilməyə məcbur oldu. Yaponiya isə bunu özünə bəhanə bilib Koreyaya yardım adı ilə Seula Çinlilərin göndərdiyindən 3 dəfə çox əsgər göndərdi. Sonra isə Yaponiya Koreyadan "reform" keçirməyi tələb etdi. Faktiki olaraq bu Koreyanın Yaponiya tərəfindən işğalı demək idi. 23 iyul tarixində Yapon silahlı qüvvələri Seulda dövlət çevriliş etdi. Yeni Koreya hökuməti isə iyulun 27si Yaponiya dövlətindən Çinliləri Koreyadan qovmağı xahiş etdi.  Əslində isə iki gün öncə iyulun 25-də Yapon flotiliyası Çinə qarşı elan edilməmiş müharibəyə başlamışdı. 1894cü ilin avqustun 1-də Yaponiya Koreyanı yeni müqavilə imzalamağa məcbur etdi. Bu müqaviləyə əsasən Koreya Çinliləri Koreyadan qovmağı Yaponiyaya etibar edirdi.

  1. "...Japan was at the forefront of hegemonic wars in a quest to extend the Japanese hegemony over Korea to the entire Asia-Pacific region – the Sino–Japanese War of 1894–95 to gain dominance in Korea" The Two Koreas and the Great Powers, Cambridge University Press, 2006, page 2.