Con Milton Qreqori

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Con Milton Qreqori
ing. John Milton Gregory
Con Milton Qreqori, 1898-ci il[1]
Con Milton Qreqori, 1898-ci il[1]
Doğum tarixi
Vəfat tarixi (76 yaşında)
Dəfn yeri

Con Milton Qreqori (ing. John Milton Gregory; d. 6 iyul 1822 — ö. 19 oktyabr 1898) — Urbana-Şampeyn İllinoys Universitetinin yaradıcısı və ilk prezidenti[3] (1867–1880).

Təhsil sahəsində

Urbana-Şampeyn İllinoys Universitetinin yaranmasını və əsas fənlərarası ali məktəb kimi formalaşmasını Con Milton Qreqorinin adı ilə əlaqələndirirlər.[3] Belə ki, İllinoys ştatının bir sıra şəhərləri arasında sərt qiymət təklifi (auksion) müharibəsindən sonra 1867-ci ildə yeni yaradılacaq ali məktəbin ərazisi kimi Urbana şəhəri seçilir.[3] Ali təhsil müəssisəsi İllinoys Sənaye Universiteti adlandırılır və ilk prezidenti Con Milton Qreqori təyin edilir.[3] C. M. Qreqori humanitar ənənələrə söykənən universitet yaratmaq niyyətində idi, lakin İllinoys Sənaye Liqası, ştat sakinləri və Morill Qanununu qəbul edən şəxslər ali məktəbin yalnız "sənaye yönümlü" olmasını istəyirdilər.[3] Bu məsələ ilə bağlı C. M. Qreqori və həmin şəxslər arasında mübahisələr yaranır.[3] Nəhayət, 1868-ci il martın 2-də iki müəllim və kiçik tələbə qrupu ilə universitetdə dərslər başlanır.[3]

Universitet fəaliyyətə başladıqdan sonra da Qreqori və ştat rəhbərliyi arasında debatlar davam edir.[3] Nəticədə 1880-ci ildə Qreqori istefaya getmək məcburiyyətində qalır.[3]

Məzarı

Məzarı

Onun məzarı Urbana-Şampeyn İllinoys Universitetinin kampusunda Altgeld Holl və Henri inzibati binasının arasında yerləşir.[3] C. M. Qreqorinin məzarı üzərindəki lövhədə "Əgər siz onun abidəsini axtarırsınızsa, ətrafınıza baxın" sözləri qeyd olunub.[3]

İstinadlar

  1. "findagrave.com". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. Find a Grave (ing.). 1996.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 Lamiyə Əliyeva, Dünya universitetləri: Urbana-Şampeyn İllinoys Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 04.02.2011, № 05.  (az.)

Xarici keçidlər