Con Milton Qreqori (ing. John Milton Gregory; d. 6 iyul 1822 — ö. 19 oktyabr 1898) — Urbana-Şampeyn İllinoys Universitetinin yaradıcısı və ilk prezidenti[3] (1867–1880).
Con Milton Qreqori | |
---|---|
ing. John Milton Gregory | |
| |
Doğum tarixi | |
Vəfat tarixi | (76 yaşında) |
Dəfn yeri |
Urbana-Şampeyn İllinoys Universitetinin yaranmasını və əsas fənlərarası ali məktəb kimi formalaşmasını Con Milton Qreqorinin adı ilə əlaqələndirirlər.[3] Belə ki, İllinoys ştatının bir sıra şəhərləri arasında sərt qiymət təklifi (auksion) müharibəsindən sonra 1867-ci ildə yeni yaradılacaq ali məktəbin ərazisi kimi Urbana şəhəri seçilir.[3] Ali təhsil müəssisəsi İllinoys Sənaye Universiteti adlandırılır və ilk prezidenti Con Milton Qreqori təyin edilir.[3] C. M. Qreqori humanitar ənənələrə söykənən universitet yaratmaq niyyətində idi, lakin İllinoys Sənaye Liqası, ştat sakinləri və Morill Qanununu qəbul edən şəxslər ali məktəbin yalnız "sənaye yönümlü" olmasını istəyirdilər.[3] Bu məsələ ilə bağlı C. M. Qreqori və həmin şəxslər arasında mübahisələr yaranır.[3] Nəhayət, 1868-ci il martın 2-də iki müəllim və kiçik tələbə qrupu ilə universitetdə dərslər başlanır.[3]
Universitet fəaliyyətə başladıqdan sonra da Qreqori və ştat rəhbərliyi arasında debatlar davam edir.[3] Nəticədə 1880-ci ildə Qreqori istefaya getmək məcburiyyətində qalır.[3]
Onun məzarı Urbana-Şampeyn İllinoys Universitetinin kampusunda Altgeld Holl və Henri inzibati binasının arasında yerləşir.[3] C. M. Qreqorinin məzarı üzərindəki lövhədə "Əgər siz onun abidəsini axtarırsınızsa, ətrafınıza baxın" sözləri qeyd olunub.[3]