Con Saris

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Con Saris
ing. John Saris
Doğum tarixi 1580
Vəfat tarixi 1643[1]
Milliyyəti ingilis
İxtisası tacir

Con Saris (ing. John Saris; 15801643[1]) – 1613-cü ildə Yaponiyaya çatmış ilk ingilis səfərinin kapitanı.

Karyerası

Saris Yava adasının Bantam limanında yerləşən və Ost-Hind şirkətinə məxsus olan ticarət postunun başçısı idi.[2] O, 1611-ci ildə İngiltərə kralı I Ceymsin təlimatı ilə Yaponiyaya doğru yola düşmüşdür.[2] Sarisin vəzifəsi Yaponiyada ingilis ticarət postunun təşkil edilməsini təmin etmək idi.[3] 1600-cü ildə Yaponiyaya gəlmiş digər ingilis olan Vilyam Adamsın köməyi ilə Sumpu şəhərində[a] Tokuqava İeyasu, Edo şəhərində isə şoqun Tokuqava Hidetada ilə görüşmüşdür.[3] Yaponlar ingilislərə ticarət üçün böyük imtiyazlar vəd etmişdirlər.[3] Onlar Sarisə Uraqa[b] limanında ticarət postu qurmağı təklif etsələr də, Saris Kyuşu adasında yerləşən Hirado limanını seçmişdir.[3]

Saris 1613-cü ilin dekabrında Yaponiyadan İngiltəyə yola düşmüş və bir daha Yaponiyaya qayıtmamışdır.[3] Hiradoda yerləşən ticarət postunun nəzarətini Riçard Koksa həvalə etmişdir.[3] Hirado limanı hollandların monopoliyası altında olduğu üçün ingilislər onların kölgəsində qalmış, Hiradodakı ticarət postu 1623-cü ildə bağlanmışdır.[3] Nəticədə, Sarisin missiyası uğursuzluqla nəticələnmişdir.[3]

Sarisin səyahət jurnalı 1900-cü ildə "Kapitan Con Sarisin Yaponiyaya səyahəti, 1613" adı altında nəşr olunmuşdur.[3]

Qeydlər

  1. Hazırda Şizuoka şəhəri.
  2. Hazırda Yokosuka.

İstinadlar

  1. 1 2 John Saris // (unspecified title).
  2. 1 2 Kodansha Encyclopedia of Japan. səh. 21
  3. 1 2 3 4 5 6 7 8 9 Kodansha Encyclopedia of Japan. səh. 22

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh. 21-22. ISBN 0-87011-627-4. İstifadə tarixi: 18 iyul 2022.