Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Dırnaqlar öz görünüşlərinə görə aşağıdakı kimi bir-birindən fərqlənirlər:
Fransız dırnaqları («yolka»).
«yolka»
Alman dırnaqları („lapka“).
„lapka“
İngilis qoşa dırnaqları.
“ingilis qoşa”
İngilis tək dırnaqları.
‘ingilis tək’
Polşa dırnaqları
„Polşa dırnaqları”
İsveç tərs dırnaqları
»İsveç«
Rusca yazıda istifadə edilən dırnaqlar
Qoşa dırnaqlar
Rusca yazıda ənənəvi olaraq fransız «yolka»sından istifadə edilir. Dırnaqlar arasında təkrarən dırnaqdan istifadəyə ehtiyac olduqda və əl yazısında alman „lapka“sından istifadə edilir.
Azərbaycanca yazıda istifadə edilən dırnaqlar
Hal-hazırda azərbaycanca yazıda əsasən “ingilis qoşa” dırnaq işarələrindən istifadə olunmaqdadır. Bununla yanaşı "makina qoşa dırnaq işarəsi" və «yolka»dan da geniş istifadə edilir. Lakin Azərbaycan Respublikası prezidentinin saytında axtarış verilərkən, 8 fevral 2010-cu il tarixindən sonra «yolka»lardan istifadə olunması qeydə alınmamışdır[1].